1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Sahibkarların fərdi inkişafı üçün videotəlimlər başlandı
27.04.2020

Azərbaycan Beynəlxalq Bankının “Sahibkarlar Klubu” iş adamları üçün videotəlimlər layihəsinə start verir. Klubun təqdim etdiyi silsilə videotəlimləri izləməklə gündəlik fəaliyyət zamanı sahibkarlar üçün faydalı bilik və məlumatlar əldə etmək olar. 

İlk videotəlimlərdə COVİD-19-la bağlı qlobal durumun biznes üçün yaratdığı reallıqlar nəzərə alınıb. Videotəlimlərin mövzuları COVİD-19 dövründə və ondan sonra biznesin daha səmərəli və effektiv qurulması, yeni imkanların tapılmasından ötrü  sahibkarların xüsusilə diqqət etməli olduqları məsələlərə həsr edilib. Belə ki, sahibkarlar bu videotəlimlər vasitəsilə böhran dövründə bizneslərin dayanıqlığının qorunması və inkişafı üçün mühüm strategiyalar, biznes proseslərin avtomatlaşdırılması, effektiv satışın təşkili, sığorta, müqavilə öhdəlikləri ilə bağlı hüquqi mübahisələr, logistika zəncirinin qurulması və s. mövzularda maraqlı bilgilər əldə edəcəklər. 

Karantin dövründə təşkil edilən distant toplantıların, sahibkarlarla tərəfdaşlar, müştərilər arasında keçirilən onlayn görüşlərin iş adamları üçün natiqlik, təqdimat bacarıqlarını xüsusilə aktuallaşdırdığını nəzərə alaraq bu mövzu da diqqətdən kənarda qalmayıb. Elə silsilənin ilk videotəlimi də sahibkarlar üçün ictimai natiqlik bacarıqlarına həsr edilib. İctimai çıxışlar və korporativ kommunikasiya üzrə peşəkar təlimçilərdən olan Rəşad Bayramov öz videotəlimində sahibkarlara uğurlu çıxışın, effektiv onlayn kommunikasiyaların, həmsöhbəti inandırmağı bacarmağın, təqdimatlar zamanı vaxtı idarə etməyin və s. incəliklərini izah edəcək. Videotəlimlərin anonsunu buradan izləmək olar. 

Qeyd edək ki, “Sahibkarlar Klubu”nu yaratmaqda Azərbaycan Beynəlxalq Bankının məqsədi kiçik və orta sahibkarlığın inkişafına hərtərəfli dəstək, ölkə iqtisadiyyatında bankın korporativ müştərilərinin mövqeyinin gücləndirilməsidir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment