1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Türk vətəndaşı Mərkəzi Gömrük Hospitalında mürəkkəb əməliyyatdan sonra ambulans təyyarə ilə vətəninə qayıdıb
27.04.2020

Bu günlərdə Türkiyənin Rizə şəhərindən olan 53 yaşlı sürücü M.Ç. Türkiyədən Azərbaycana etdiyi reys zamanı  Bakıya çatarkən, halı qəfil pisləşib. Xəstə təcili vəziyyətdə Mərkəzi Gömrük Hospitalına gətirilib və təxirəsalınmaz əməliyyata alınıb.  Türkiyə vətəndaşı xəstəxanaya daxil olarkən vəziyyəti kritik olub. Belə ki, 15 mart 2020-ci il tarixində saat 23.15-də o, kəskin tip 1 aort disseksiyası diagnozu ilə xəstəxanaya daxil olub. Çəkilən kompüter tomoqrafiya müayinəsində onun ürək səviyyəsindən başlayaraq, beyin qan dövranı sistemi daxil olmaqla, enən və qarındaxili aortası qasıqlara qədər laylanmış şəkildə cırıldığı aşkar edilib. Preşok vəziyyətdə olan xəstə ailəsindən icazəsiz təxirəsalınmaz cərrahi əməliyyata alınıb. 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d. Rəşad Mahmudov  bildirib ki, “Xəstəni müayinə edəndə yırtılma ilə əlaqədar ürəyin ətrafına qan sızdığını müşahidə etdik. Belə xəstələr çox vaxt bir neçə saat ərzində həyatlarını itirirlər. Odur ki, qısa bir zamanda komanda yığılaraq, gecə saat 12-də xəstə təcili əməliyyata alındı. 9 saat yarım çəkən bu əməliyyat çətinliklə başa çatdı. Əməliyyatdan sonra biz onun  ailəsi ilə telefon əlaqəsi yaradaraq bildirdik ki, əməliyyat xəstəyə həyatda qalmağa bir şans vermək üçün tətbiq olundu. 

Belə ki, xəstəyə ürək damarlarının şuntlanması, eyni zamanda aort qapaq protezləşdirilməsi, qalxan aorta və qövsvari aorta protezləşdirilməsi tətbiq olundu. Beyinə gedən qan axını bərpa olunmuşdu. Əməliyyat müdətində xəstənin almış olduğu digər orqan zədələri; böyrək, qaraciyər və ürəyin funksiyaları tamamilə pozulmuşdu, beyin fonksiyaları haqqında məlumatımız demək olar ki, yox idi. Uğurlu cərrahiyə sonrası bir həftə aparılan reanimasiya tədbirləri nəticəsində böyrək, qaraciyər və ürək funksiyaları normallaşmağa başladı. 

Ümidimizin az olmasına baxmayaraq,  əməliyatdan 4 gün sonra xəstəmiz koma vəziyyətindən çıxdı. Bu diagnozla xəstə dəqiqələr içində qərar verilərək uzunmüddətli əməliyyata girilməsəydi, onun həyatda qalma şansı demək olar ki, sıfıra bərabər idi. 2 gün əvvəl xəstənin yaxın qohumlarının istəyi nəzərə alınaraq Türkiyənin ölkəmizdəki səfiri və Türkiyə Səhiyyə Nazirliyi karantin rejimini, ailənin psixoloji vəziyyətini və uzunmüddətli reabilitasiya ehtiyacını nəzərə alaraq, xəstəmizi Rizə şəhərindəki dövlət xəstəxanasına transfer etmək qərarı verdi. Nəticədə Türkiyə Cümhuriyyətinin Səhiyyə nazirinin göstərişi ilə Azərbaycana ambulans təyyarə  göndərildi, xəstənin gələcək reabilitasiyası üçün o, ölkəsinə transfer olundu”. 

“İnkişaf etmiş ölkələrin səhiyyələri üçün belə çətin olan bu situasiyanın nəticəsi bizi çox sevindirdi. Ailəsi, Türkiyə Səhiyyə nazirliyi və Səfirlik tərəfindən aldığımız təşəkkür məsajları komanda olaraq qürur qaynağımız oldu. Əlbəttə ki, bütün bunlar ölkə səhiyyəsinin inkişafı ilə yanaşı xəstəxanalarımızın yüksək-texnoloji vəziyyətinin göstəricisi, nəhayət, ən çətin karantin anlarında belə Azərbaycan-Türkiyə qardaşlığının gözəl bir nümunəsidir.

Biz xəstəmizə bundan sonrakı tibbi müalicəsi və reabilitasiya işlərində də uğurlar arzulayır, bir daha  “keçmiş olsun” deyirik, - deyə, Dr.Rəşad Mahmudov əlavə edib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment