1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah” SŞ və “Sphera Healthcare AZ” Şirkətindən yeni aksiya
24.04.2020

Bildiyiniz kimi, son aylarda dünyada, eləcə də Azərbaycanda Covid-19 infeksiyasının yayılması ilə əlaqədar, ölkəmizdə xüsusi karantin rejimi tətbiq olunmuşdur.

Karantin rejimində bir çoxları, səhhətində yaranan hər-hansı bir narahatçılıqları müayinə etmək üçün insanların daha çox toplaşdığı müalicə mərkəzlərinə müraciət etməkdən çəkinirlər. Lakin, vaxtında müayinə olunan kiçik bir narahatçılığın gələcəkdə ciddi bir səhhət pozulmasına çevrilməsinin qarşısını alacağını anlayan “Atəşgah” SŞ, müştərilərin sağlamlığını və təhlükəsizliyini düşünərək, “Sphera Healthcare AZ” şirkəti ilə birgə mart ayından etibarən “Salam Doktor” layihəsi çərçivəsində yeni aksiyaya start vermişdir.

“Salam Doktor” layihəsi çərçivəsində müştərilər, geniş müayinə profilinə daxil olan təcrübəli həkim-terapevtlərin, həkim-pediatrların və psixoloqların məsləhətlərindən faydalana bilərlər. Ən önəmli məqam isə odur ki, bu müayinələrdən evdən çıxmadan, risk etmədən, vaxt itirmədən, tamamilə ödənişsiz yararlanmaq olar. Bunun üçün, telefon vasitəsi ilə həkimə audio və ya video zənglə müraciət etmək kifayətdir.

Həmçinin, müştərilərin rahatlığını təmin etmək üçün, online müayinə zamanı həkimin yazdığı dərman preparatlarının Bakı ş. üzrə ünvana qədər çatdırılması da təşkil olunub.

Qeyd etmək lazımdır ki, aksiyadan “Atəşgah” Sığorta Şirkətində müvafiq sığorta növləri üzrə sığortalı olan şəxslər yararlana bilər.

“Salam Doktor” layihəsi üzrə həkimlərdən onlayn məsləhət ala biləcəyiniz mövzular haqqında məlumat əldə etmək üçün link: https://ateshgah.com/dms.jpg

Aksiyanın müddəti May ayının sonunadək uzadılmışdır. Odur ki, mövcud vəziyyətdə belə, səhhətinizə qarşı diqqətli olmaq üçün hazırlanan bu xidmətdən yararlanmağa tələsin!

Yüksək etibarlılıq imicinə malik “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah” Həyat Sığorta Şirkəti isə 1998-ci ildən fəaliyyət göstərir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment