1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank BTB Elektron Kommersiya ilə məşğul olan sahibkar şəxslərə dəstək olur
23.04.2020

Ölkəmizdə Koronavirus Pandemiyası nəticəsində tətbiq olunan karantin rejimi bir çox alış-veriş obyektlərinin, mağazaların məsafədən (onlayn) xidmət göstərməsini tələb edir. Mövcud vəziyyətdə sahibkarlar mal və xidmətlərin satılmasında, potensial müştərilərin qazanılmasında yeni təkliflərə, alternativ xidmət üsullarına maraqlıdırlar. Bunu nəzərə alaraq, Bank BTB Elektron Kommersiya (e-commerce) ilə məşğul olan sahibkar şəxslər üçün əməkdaşlıq təklif edir.  

Belə ki, onlayn ticarətlə məşğul olan sahibkarlar və ya biznesini bu sahədə qurmağı düşünən şəxslər Elektron Ticarət (e-commerce) xidmətinə tamamilə pulsuz şəkildə qoşula biləcəklər. İlk olaraq, bu xidmətə qoşulan şəxslərin idarə etdikləri sayt və ya mobil tətbiqində plastik kartla ödəmə imkanı yaradılacaq. Bununla da, sayta daxil olmuş müştəri seçdiyi məhsulun dəyərini asanlıqla ödəmək imkanı əldə edəcəkdir. Sayt vasitəsilə ödəniş zamanı ödənilən məbləğ sahibkarın hesabına mədaxil olunur. 

Onu da qeyd edək ki, daxil olan vəsaitin sahibkarın “Boss Card” biznes kartına köçürülməsi mümkündür. Bu kartlar bankın biznes müştərilərinə 36 ay müddətinə tam ödənişsiz təqdim olunur. 

Həmçinin, xidmətdən faydalanan ticarət sahibləri Bank BTB-nin əməkdaşları  tərəfindən xidmətin aktivləşdirilməsi, ödənişsiz konsultasiya, 7/24 internet bankçılıq və  digər xidmətlərdən istifadə edə biləcəklər. 

Bunlarla yanaşı, gələcəkdə e-commerce, POS və digər dövriyyələrə uyğun sahibkarlara fərdi qaydada kredit limitləri də ayrıla bilər.

Onlayn ticarətin əhəmiyyətinin artdığı bir zamanda öz satışını artırmaq istəyən, ticarətini böyütmək istəyən hər kəs ödənişsiz təklif olunan e-commerce xidmətlərindən aşağıdakı kanallar vasitəsilə ətraflı məlumat almaqla qoşula bilər. Bunun üçün Bank BTB-nin onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946)  nömrəsinə müraciət edə bilərlər. Həmçinin, bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat əldə edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment