1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta KASKO müştərilərinə 2 ay hədiyyə edir
22.04.2020

Daim müştəriləriini yeniliklərlə sevindirən PAŞA Sığorta şirkəti könüllü avtomobil sığortası (KASKO) üzrə yeni kampaniyaya start verir. 

Kampaniyanın şərtlərinə əsasən, 22 may tarixinədək PAŞA Sığortadan KASKO könüllü avtomobil sığortası əldə edəcək fərdi müştərilər sadəcə 10 aylıq dövr üçün sığorta haqqı ödəməklə avtomobil üçün tam bir illik təminat əldə edə biləcəklər. Belə ki, 12 ay üçün hesablanan sığorta haqqının 2 aya düşən hissəsi şirkət tərəfindən qarşılanacaq ki, bununla da müştərilər 2 aylıq KASKO təminatından hədiyyə olaraq faydalanacaqlar. Kampaniya çərçivəsində müştərilərə sığorta haqqını xüsusi güzəştli qrafiklə hissəli formada ödəmək imkanı da təqdim olunur. 

KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz. 

Hal hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment