1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Beynəlxalq ekspert "Dönüş zamanı: özünüzü və biznesinizi böhran dövründə necə qorumaq olar" adlı vebinara dəvət edir
21.04.2020

30 aprel 2020-ci il tarixində Rusiyanın tanınmış eksperti, professor Mixail Kolontay xüsusilə Azərbaycan dinləyiciləri üçün "Dönüş zamanı: özünüzü və biznesinizi böhran dövründə necə qorumaq olar" adlı yeni vebinar keçirəcək.



Spiker qeyri-müəyyənlik, böhran, sərt məhdudiyyətlər və stress zamanı ən təsirli texnologiyalar və fəaliyyət alqoritmləri haqqında ətraflı danışacaqdır.

Vebinar aşağıdakı mövzuları əhatə edir:

1. Dönüş zamanı: Effektiv özünü motivasiya matrisi. Stress və sərt məhdudiyyətlər şəraitində necə yaşamaq olar?

2. Yeni reallıq: Böhrandan əvvəl və sonrakı iş dünyası. İşgüzar mühitdə hansı dəyişikliklər gözlənilir?

3. Şirkət və böhran: Çətin vəziyyətlərin öhdəsindən gəlmək üçün 4 mərhələ. Dəyərli vaxt və resurs itkilərinin qarşısını necə almaq olar?

4. Düşüncə sürəti ilə liderlik: Böhran idarəetməsi. Strateji qərarların verilməsi üçün texnika və texnologiyalar.


Mixail Kolontay uzun illərdir Rusiya və digər şirkətlərin rəhbərləri ilə işləyir. Philip Morris, Mittal Steel, Coca-Cola, Johnson & Johnson və digər beynəlxalq şirkətlərin nümayəndəliklərinə məsləhətlər verib və təlimlər keçib. M.Kolontay həmçinin Rusiya Federasiyasında Ali İqtisadiyyat Məktəbində, MIRBIS İnstitutunda və digər ali təhsil ocaqlarında MBA və EMBA proqramlarında “Strateji İdarəetmə” və “Strateji Marketinq”, eləcə də 10 ildən artıq müddətdə "Böhran İdarəetmə Çarxı" üzrə iştirakçılara tədris həyata keçirir.

Vebinar Rus dilində keçiriləcək. Ətraflı məlumat və onlayn qeydiyyat üçün: 

https://master-class.az/crisismanagement , 055 946 02 70.

Maraqlanan şirkətlər həmçinin proqramın tərəfdaşı ola bilər və seçilmiş paketin əlavə üstünlüklərindən faydalana bilərlər. "Dönüş zamanı: özünüzü və biznesinizi böhran dövründə necə qorumaq olar" vebinarına əməkdaşlarının qeydiyyatı ilə yanaşı, şirkətlər həmçinin idarəetmə sahəsində müxtəlif mövzularda məhz öz əməkdaşları üçün və öz ehtiyaclarına uyğun olan Mixail Kolontayın ayrıca korporativ proqramını sifariş edə bilər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment