1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının endokrinoloqu şəkərli diabet xəstələrinin koronavirusdan qorunması qaydalarını açıqlayıb
20.04.2020

Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Naidə Novruzova şəkərli diabet xəstələrinin koronavirusdan qorunması qaydalarını açıqlayıb

Şəkərli diabet xəstələri koronavirus COVİD-19  infeksiyasından özlərini daha ciddi qorumalıdırlar. Çünki,  şəkərli diabet xəstələrində bu xəstəlik ağır keçir  və bu insanlar ciddi fəsadlarla üzləşə bilərlər. Ümumiyyətlə, şəkərli diabet xəstəliyi olan insanlar qanda şəkəri tez-tez ölçməli və nəzarətdə saxlamalıdırlar. Qanda şəkər normadan yuxarı olarsa diabetlə əlaqəli bir sıra fəsadlar yaranır.

Bu fəsadlar zamanı orqanizmin infeksiyaya qarşı mübarizə qabiliyyəti pozulur. Şəkərli diabet tip 2 xəstəliyi olan yaşlı insanlar bu vurusdan daha ciddi qorunmalı və aşağıda qeyd olunan qaydalara ciddi riayət etməlidirlər.

1. Qanda şəkərin səviyyəsini normada saxlamaq lazımdır. Bunun üçün gündə bir neçə dəfə qanda şəkəri ölçmək lazımdır;

2. Gün ərzində 1.5- 2 lt maye qəbul edilməlidir;

3. Hərəkət çox önəmlidir.Gün ərzində evdə 5000 addım atmaq lazımdır;

4. Həkim məsləhəti olmadan heç bir dərman içmək olmaz;

5. Qanda şəkər yüksələrsə həkimlə əlaqə saxlamaq və lazım olarsa dərmanların dozasında dəyişiklik edilməlidir;

Evdə qalarkən fiziki aktivlik bir qədır azalır. Ona görə bu cür xəstələr rasional qidalanma ilə sağlamlıqlarına daha ciddi nəzarət etməlidilər.Sağlam qidalanma şəkərli diabet müalicəsinin vacib bir hissəsidir. Buna görə diabetli insanlar üçün qanda stabil şəkər səviyyəsini qorumaq və immunitet sistemini gücləndirmək üçün pəhrizə riayət etmək çox vacibdir. Aşağıda qeyd edilmiş qaydalara riayət etmək məsləhət edilir:

a. Aşağı qlisemik indeksli qidalar üstünlük vermək: (bunlara tərəvəz, kəpəkli buğda çörəyi, yağsız qatıq, yağsız süd və s. daxildir).

b. Qızardılmış qidaları rasionda azaltmaq lazımdır.

c. Şəkər, karbohidratlar və yağlarla yüksək olan qidaların qəbulunu məhdudlaşdırmaq lazımdır.

- Zülallarla zəngin olan qidalara üstünlik vermək lazımdır.(balıq, ət, yumurta, süd, lobya və s.).

- Rasiona yaşıl yarpaqlı tərəvəzlər daxil etmək lazımdır.

Şəkərli diabet xəstəsənin evdə ayrıca otaqda qalmasını və ona ailənin bir üzvünün qulluq etməsini təşkil edilməsi tövsiyə olunur. Əsas qaydalardan biri də panikadan qaçmaqdır. Belə ki, stres orqanizmdə hiperqlikemik vəziyyət yaradır, bu da immunitetin aşağı düşməsinə səbəb olan amillərdən biridir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment