1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank BTB 2020-ci ilin I rübünü müsbət göstəricilərlə başa vurub
20.04.2020

Bank BTB 2020-ci ilin birinci rübünü  762 min manat xalis mənfəət ilə başa vurub. 2020-ci ilin birinci rübündə Bank BTB-nin cəmi aktivləri 364 milyon 348 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 % artım deməkdir.

Bankın maliyyə göstəricilərinə əsasən qeyd edək ki, Bank BTB-nin ilk rübündə cəmi gəlirləri 7 milyon 984 min manat, cəmi xərcləri isə 7 milyon 222 min manat təşkil edib. 

2020-ci ilin birinci rübündə müştərilərini kredit məhsulları ilə təmin edən Bank həmin dövr ərzində kredit portfelini 6% artıraraq ümumi kredit portfelini 225 milyon 965 min manata çatdırmağa nail olmuşdur.

Həmçinin, cari rüb ərzində bankın depozit portfeli 134 milyon 040 min manata çatıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə artmışdır. Hesabat dövründə balans kapitalı 22,8% artaraq 64,94 milyon manata çatmışdır.

Faiz və qeyri-faiz gəlirlərində artım müşahidə olunub. Belə ki, Bank BTB-nin faiz gəlirləri ötən ilin bu dövrü ilə müqayisədə 1 milyon 384 min manatdan 6 milyon 623 min manata, qeyri-faiz gəlirləri isə 40  min manatdan 1 milyon 360 min manata yüksəlmişdir.

Müqayisə olunan dövrdə Bank BTB-nin faiz xərcləri 281 min manatdan 3 milyon 147 min manata, qeyri-faiz xərcləri isə 413 min manatdan 3 milyon 909 min manata çatmışdır.

Müştəri portfelini genişləndirən Bank BTB cari dövr ərzində fiziki şəxs müştərilərinin sayında 6%, hüquqi şəxs müştərilərinin sayında 14%, plastik kartların sayında 3%, nağdsız əməliyyatlar üzrə dövriyyədə isə 19% artıma nail olmuşdur.

Rüb ərzində Bank BTB-nin I dərəcəli kapitalının adekvatlıq əmsalı 25.7%, məcmu kapitalının adekvatlıq əmsalı 26.85% təşkil edib. Beləliklə, Bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan dəfələrlə yüksək olub.

Onu da qeyd edək ki, Bank BTB onlayn müraciət kanallarını genişləndirərək Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələri ilə yanaşı 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsini də müştərilərinin ixtiyarına verib. Həmçinin, bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən və www.btb.az rəsmi saytından məlumat ala bilərsiniz.

Məlumat üçün, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment