1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank VTB (Azərbaycan) sosial baxımdan həssas əhali qrupuna yardım edib
17.04.2020

Koronavirus  infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə nəzərdə tutulmuş xüsusi karantin rejimi şəraitində bank VTB (Azərbaycan) əhalinin sosial cəhətdən həssas qrupuna yardım edib. 

Biz anlayırıq ki, risk zonasında olan yaşlı nəslə daha çox diqqət tələb olunur. Bu səbəbdən VTB (Azərbaycan) 30 nəfər Böyük Vətən Müharibəsi və əmək veteranına, eləcə də Leninqrad mühasirəsi iştirakçılarına tələb olunan qida məhsullarını çatdırıb. Bununla yanaşı, bank 60-dək aztəminatlı ailəni qida məhsulları və şəxsi gigiyena vasitələri ilə təmin edib. 

Ərzaq yardımı Müqəddəs Arxangel Mixail kilsəsi və Azərbaycandakı Rus icmasının vasitəçiliyi ilə həyata keçirilib. 

VTB (Azərbaycan) sosial məsuliyyətini dərk edərək, daim həssas əhali qrupuna, o cümlədən veteranlara və aztəminatlı ailələrə dəstək göstərir. Bu sosial fəaliyyət bank kollektivinin vətəndaş həmrəyliyinin ifadəsidir və VTB (Azərbaycan) bu istiqamətdə gördüyü  işləri bundan sonra da davam etdirmək niyyətindədir. 

Sosial təcrid şəraitində hazırda evlərini tərk etmək imkanı olmayan yaşlı nəslin nümayəndələrinə qayğı göstərmək hər birimizin borcudur. Onların bizim dəstək və qayğımıza ehtiyacı var. Sosial-məsuliyyətli təşkilat olaraq biz yardıma ehtiyacı olan insanlara dəstək olmağa davam edəcəyik. Hazırda baş verən hadisələrə laqeyd qalmamaq vacibdir - məhz, bu şəkildə biz bütün çətinliklərin öhdəsindən gələ bilərik. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment