1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mastercard-ın Bravo Kampaniyası müştəri vərdişlərini dəyişməyə davam edir
16.04.2020

Bravo supermarketlərində Mastercard ilə ödəniş etmək indi həm etibarlı, həm də sərfəlidir. Mastercard, 2020-ci ilin əvvəlində bir illik lotereya kampaniyasına start verdi. Kampaniyanın şərtlərinə əsasən Azərbaycanda hazırlanmış Mastercard və ya Maestro kartına sahib olan və alış-veriş üçün həmin kartlarla ödəniş edən istənilən Bravo müştərisi hər ay baş tutan lotereyada işitak etmək şansı qazanır və təmassız ödənişlər zamanı həmin şans on qat artır. Kampaniya başlayadan bəri kart əməliyyatlarında 40%, təmassız əməliyyatlarda isə 70% artım qeydə alınıb. Bu o deməkdir ki, insanlar nağd puldan yayınırlar və faydalarını gördükdən sonra daha etibarlı və təhlükəsiz ödəniş metodlarından istifadə edirlər. Lüks avtomobil uduşu üçün iyun ayının sonunda baş tutacaq ilk püşkatmaya yaxınlaşdıqca bu rəqəmlərin daha sürətlə artacağını gözləyirik.

Kampaniya, eyni zamanda kassirlərdən xalqı maarifləndirmək üçün istifadə etmək məqsədi daşıyır. Kassa aparatlarında işləyən zaman müştərilərdən ən çox kart və təmassız kart ödənişləri qəbul edən kassirlər mükafatlə təltif olunurlar. Kassirlər istehlakçılara kartla və təmassız ödəniş imkanı barədə məlumat verirlər və bu da öz növbəsində istehlakçı davranışının dəyişməyə kömək edir.

“Təmassız ödənişlərin sürətli, sadə və etibarlı olduğunu hamımız bilirik. İndi bu üçlüyə başqa faydalar da əlavə etmişik. Biz, Mastercard olaraq olaraq hökumətin Azərbaycanda daha şəffaf və daha güclü iqtisadiyyat üçün nağdsız cəmiyyətin qurulmasında rəqəmsal ödənişlərin “Nağdsız Azərbaycan” layihəsi vasitəsilə artırılmasına göstərdiyi səylərini dəstəkləməkdən məmnunuq,”- deyə Mastercard ölkə ofisinin rəhbəri Ərdəm Çakar bildirib.

Kampaniya Bravonun Azərbaycandakı bütün mağazalarında keçərlidir. Uduşlar 2 ədəd lüks Lexus avtomobili və 20 ədəd ən son model iPhone mobil telefonudur. Kontaktsız ödəniş edən istehlakçılar hər tranzaksiyada 10 qat daha çox şans qazanırlar. Qaliblər və püşkatma tarixləri hər ay www.bravomastercardlottery.com veb saytında elan ediləcəkdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment