1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının fizioterapevti boyun ağrılarına qarşı idman hərəkətləri etməyi tövsiyə edir
16.04.2020

Özünütəcrid zamanı evdən işləməli, saatlarla smartfon və kompüterdən istifadə etməyə məcbur olursunuz. Mərkəzi Gömrük Hospitalının fizioterapevt-reabilitoloqu Səidə Kərimova boyun və kürək nahiyyələrində yaranan ağrıların qarşısını almaq üçün öz tövsiyələri ilə bölüşüb.  

Yaşlı insanlarda onurğada daha çox degenerativ dəyişikliklər yaranır, gənc insanlarda isə ağrılar daha çox əzələlərin zəifliyi nəticəsində olur. Bu isə qamətin və əzələlərin düzgün işlədilməməsi səbəbindən baş verir.Smartfonu və ya kompüteri işlədəndə qamətə çox vaxt fikir vermirik. Qeyd edək ki, smartfonla əlaqəli boyun və kürəkdə yaranan ağrılar “Text neck” sindromu adlanır. 

Başı aşağı əyib bütün günü  smartfona və ya monitora baxmaq boyun onurğası ətrafında əzələlərin yorulmasına və zəifləməsinə səbəb olur. Normada boyun əzələləri mərkəz pozisiyada başın çəkisini saxlayır. Lakin, siz başınızı qabağa əyirsinizsə, bu halda başın çəkisi 5-6 dəfə artır və bu saatlarla davam edir.  Bu yüklənməyə əzələlər dözə bilmir, yorulur və zəifləyir.

Ardıcı olaraq bu hər gün baş verirsə onurğada xırda oynaqlar stabilliyini itirə bilər. Bu oynaqlar arada ilişə, əzələni və sinirləri sıxa bilər. Nəticədə boyunda uzunmüddətli ağrı yaranır. Siz isə bunun nədən baş verməsini bilmirsiniz. Bu ağrıların qarşısını almaq üçün  bu qaydalara riayət etmək lazımdır:

a. Monitoru göz səviyyəsində saxlamaq;

b. Başı aşağı və ya yan tərəfə əyməmək;

c. Smartfonu uzun müddət fasiləsiz işlətməmək. 

Eyni zamanda, boyun ağrılarının qarşısını almaq üçün aşağıda qeyd olunmuş sadə idman hərəkərlərini etmək lazımdır: 

1.Çiyinlərinizi  10 dəfə arxaya və aşağıya doğru hərəkət etdirin; 

2.Kürəyinizi 10 dəfə bir-birinə yaxınlaşdırın; 

3.Başınızı 10 dəfə hər iki çiyinə tərəfə aparın; 

4. Qolunuzu düz açıb qaldırın, başınızı əks istiqamətə  çevirin. Hər tərəfdə 15 saniyə saxlayın. 

Bu hərəkətlər ağrı vermir və siz əzələ gərməsini hiss edə bilərsiz. Bu  hərəkətləri gün ərzində 2 dəfə etmək tövsiyə olunur. Yatmağınıza fikir verin. Böyrüstə ya da arxası üstə yatmaq lazımdır. Üzü üstə yatmaq onurğaya ziyandır. Cünki,  o zaman orurğa dəstək almır. Həmçinin, ortopedik boyun  yastığından istifadə edə bilərsiz. Belə ki, bu yastıq normal boyun formasına  dəstək verir. Bütün bu qaydalara riayət etməklə siz boyun ağrılarının qarşısını almış olarsınız. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment