1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Karantin Azərbaycanda bank xidmətinə necə təsir göstərir?
16.04.2020

Azərbaycan hökuməti koronavirusun ölkədə yayılmasının qarşısını almaqdan ötrü misilsiz tədbirlər görmüşdür.  Respublikada ciddi karantin hökm sürür: qeyri-ərzaq dükanları və ictimai iaşə müəssiələri fəaliyyət göstərmir, park və istirahət zonalarına giriş məhdudlaşdırılmışdır, şəhərlərarası nəqliyyatın hərəkəti dayandırılmışdır. 

Karantin dövründə bank xidməti aləminin necə dəyişməsi və bizi nələrin gözləməsi, karantinin nə zaman bitəcəyi barədə bizə BS/2 Azerbaijcan (BSKOM) şirkətininin direktoru İlqar Həsənov danışacaq.

-  Siz ölkədə bankomat və digər qurğuların xidmətini həyata keçirən bəzi müstəqil xidmət strukturlarından birisiniz. Karantin müddətində özünəxidmət terminallarından istifadə olunmasında hansı dəyişikliklər baş verib? 

- Bu günlərdə özünəxidmət qurğuları yüklənməsi xeyli artmışdır. Azərbaycanda bank şöbələrinin öz fəaliyyətini dayandırmamasına baxmayaraq (başqa ölkələrdə olduğu kimi), ölkə sakinləri insan kütlələri yaranmasın deyə, zərurət olmadıqca banklara getməməyə çalışırlar. Nəqd pul çəkmək, hesaba pul yatırtmaq, mənzil haqlarını ödəmək və ya pul köçürmələri həyata keçirmək üçün onlar bankomat və ödəniş köşklərindən istifadə edirlər. 

Eyni zamanda, bankların rəqəmsal xidmət kanalları vasitəsilə təqdim etdikləri xidmətlər get-gedə məşhurlaşmaqdadır. Hər maliyyə təşkilatı – ayrıca bir hekayədir. Banklar bu istiqamətdə daha çox inkişaf edəcəklərini başa düşmüşlər. Rəqəmsal kanallara fəal yatırım edənlər artıq irəlidədirlər.   

- Bəzi insanlar yolxuma ehtimalı səbəbindən bankomatlardan istifadə etməkdən çəkinirlər. Bu barədə onlar nə dərəcədə haqlıdırlar?

-  Əlbəttə, virus istənilən səthdən keçə bilər. Araşdırmalar göstərmişdir ki, metal səthlərdə koronavirus 72 saata qədər qalır. Bu o deməkdir ki, COVID-19 virusunun yayılmasının qarşısını almaq məqsədilə, özünəxidmət qurğularının bütün açıq səthlərini müntəzəm olaraq dezinfeksiya etmək, eləcə də, terminalların xidməti zamanı bir sıra qaydalara riayət etmək mühümdür. 

Bankomat istifadəçilərinə isə müəyyən ehtiyat tədbirlərinə əməl etmələrini tövsiyə edirik: küçəyə maskada çıxmaq, növbələrdə 1,5-2 metr məsafə saxlamaq, özünəxidmət qurğulardan istifadə etməzdən əvvəl və sonra mütləq əlləri dezinfeksiyaedici vasitə ilə yumaq.    

-  Koronavirusun nəqd pullar vasitəsilə də keçməsi doğrudurmu?

- ÜST məlumatlarına əsasən, virusun banknotlar vasitəsilə keçməsinə dair heç bir dəlil yoxdur. Lakin riskləri tamamilə aradan qaldıırmaq məqsədilə, əksər banklar bugün Mərkəzi Bankın kupyuraların dezinfeksiyasına dair daxili təlimat və tövsiyərlərinə riayət edir və öz müştərilərinə bütün nəqd pul əməliyyatlarını əlcəklərlə həyata keçirməyi tövsiyə edirlər. Hətta bəzi maliyyə təşkilatları öz müştərilərinin özünəxidmət terminallarından istifadə edərkən yolxmaqdan qorxmamaları məqsədilə, nəqd pulların özünəxidmət qurğularında dövriyyə funksiyasını dayandırmışlar.             

-  Koronavirusla əlaqədar olaraq Sizin şirkətin işi dayanmışdırmı?

-  Terminalların yükünün artması səbəbilə, avadanlıqların az hallarda sıradan çıxmasını müşahidə edirik. Xüsusilə də, bankomatlara servis xidməti göstərilməsi ilə bağlı müraciətlərin sayının 10-15% artdığını müəyyən etmişik, lakin bu, bizim üçün elə də böyük bir göstərici deyil. Düşünürəm ki, digər xidmət strukturlarından olan həmkarlarımızda da təqribən eyni vəziyyətdir.  

Digər məsələ, karantin müddətində texniki problemlərin həll olunma sürətinə qoyulan tələblərin get-gedə sərtləşdirilməsidir. Bizim vəzifəmiz – müştərilərə vaxtında və peşəkar xidmət təmin etmək, eləcə də, karantin müddətində zəruri olan bütün təhlükəsizlik tədbirlərinə riayət etməkdir. 

-  Bəs banklar üçün əyişən nədir? Hansı texnoloji həllər ön plana çıxır?

-  Deyildiyi ki, yaranan vəziyyətlə əlaqədar olaraq, banklar bugün məsafədən xidmət kanallarının inkişafına daha çox diqqət ayırmaq məcburiyyətindədirlər. Bir neçə həftə, hətta ay ərzində bunu etmək çətindir, çünki hər bir bank üçün bu, ayrı bir strateji istiqamətdir.  

Kontaktsız kartlarla () xidmət göstərilməsinə imkan verən bankomatlara (belə modellər mövcuddur, məsələn: Diebold Nixdorf –da) tələbat get-gedə artır. Bu funksiyanın reallaşdırılması üçün onların üzərinə xüsusi oxuma qurğusu  - NFC – rider (kontaktsız kartrider) quraşdırılır. Əməliyyatların həyata keçirilməsi üçün kartı onun üstünə qoymaq və lazım olan xidməti seçmək kifayətdir. Bu cür bankomatlar bütün əsas funksiyaları dəstəkləyir: nəqd pulların çəkilməsi və yatırılması, son 10 əməliiyat barədə hesabat, kartda qalan vəsait haqqında informasiyanın əldə edilməsi və s. 

Bugün müşahidə etdiyimiz daha bir ənənə hələ karantindən əvvəl yaranmışdı. Banklar, bankomatlarda bir çox standart xidmətlərin genişləndirilməsinə imkan verən həllərə fəal maraq göstərirlər. Ödənişlərin qəbulunun avtomatlaşdırılması, bankomatlar vasitəsilə pul köçürmələri, pulların Mobil bankinq vasitəsilə mümkün olan QR-kod köməyilə çəkilməsi (bu halda, nəqd pulların bankomat vasitəsilə çəkilməsi üçün kart deyil, yalnız mobil telefon lazımdır) – Azərbaycanın bank sferasının can atdığı imkanlardır. Karantin şəraitində sürdüyümüz həyat sadəcə əvvəllər seçilmiş strategyanın düzgünlüyünü təsdiqləyir. 

Banco.az

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment