|
|
|
Digər xəbərlər | | | Dövlət Mülki Aviasiya Agentliyinin kollektivi Azərbaycan Respublikası Prezidentinin təşəbbüsünə qoşulub |
16.04.2020 | |
| |
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin və Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Mütəttişliyinin kollektivləri rəhbərliyin təşəbbüsünü dəstəkləyərək, dünyada pandemiyanın yayılması ilə mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərə maliyyə yardımının göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin çağırışına qoşulmuşlar.
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna Agentliyin və Dövlət Mütəttişliyinin bütün işçilərinin rüblük mükafatlarından pul vəsaitləri köçürülmüşdür.
Bir müddət öncə məlumat verildiyi kimi, Agentliyin və Dövlət Mütəttişliyinin rəhbər heyətinin əməkhaqlarından sözügedən Fonda pul vəsaitləri ianə edilmişdir.
|
|
|
|