1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Contact Təcili pul köçürmə sistemi indi DostBank-da!
10.04.2020

Bütün dünyanın koronavirus pandemiyası ilə savaşdığı bu çətin günlərdə müştərilərinin rahatlığını düşünən və bank xidmətlərini daha əlçatan etməyə çalışan ölkənin innovativ bankı Bank of Baku, uzaq məsafələri onlar üçün daha yaxın etdi. 

İndi, ölkəxaricində yaşayan yaxınlarına pul göndərmək istəyən şəxslər, bunu Bank of Baku-nun DostBank mobil tətbiqində Contact Təcili Pul köçürmə sistemi ilə rahatlıqla həyata keçirə bilərlər. 

Belə ki, Bank of Baku-nun müştəriləri DostBank mobil tətbiqi ilə bankın filiallarına yaxınlaşmadan və növbə gözləmədən bir neçə saniyə ərzində xaricə pul köçürə biləcəklər. Bunun üçün DostBank mobil tətbiqində “Köçürmələr” bölməsinə daxil olub,


* “Contact Pul Köçürmə” düyməsini klik etməli;

* Vəsaiti alacaq şəxsin ad-soyad, mobil telefonunu qeyd etməli;

* Vəsaitin göndəriləcəyi ölkəni seçməli;

* Köçürmə üçün istifadə olunacaq kartı seçməli (istər debet, istər taksit kartı)

* Göndəriləcək məbləği daxil etməli;

* Əməliyyatı təsdiq etməlidirlər.


Əməliyyat tamamlandıqdan sonra vəsaiti göndərən müştəri SMS ilə əldə etdiyi kodu qarşı tərəfə təqdim etməlidir. Pulu alan şəxs bu kod vasitəsilə “Contact” pul köçürmə sistemi olan istənilən bankdan göndərilən vəsaiti ala bilər. 

Müştərilər DostBank mobil tətbiqi vasitəsilə Contact Təcili Pul köçürmə sistemindən istifadə edərək olduqları məkanı tərk etmədən və günün istənilən saatında vəsaitlərini aşağıdakı ölkələrə göndərə bilərlər:

* Rusiya

* Belarusiya

* Gürcüstan

* Qazaxıstan

* Qırğızıstan

* Moldova

* Özbəkistan

* Tacikistan


Qeyd edək ki, ölkədə ilk dəfə olaraq Contact Təcili Pul köçürmə sistemindən onlayn istifadə imkanını Bank of Baku yaratmışdır. Müştərilər DostBank mobil tətbiqi ilə yanaşı, Bankın İnternet Bankçılıq xidməti və ya ödəniş terminalları vasitəsilə də ölkəxaricinə pul köçürə bilərlər.


DostBank mobil tətbiqi müştərilərə zaman və məkan fərqi olmadan bank xidmət və məhsullarından onlayn formada istifadə imkanı verir. Bank of Baku-nun mobil tətbiqini yükləmək istəyənlər bu linklərə daxil ola bilərlər:


* IOS üçün - https://apple.co/39NcpQL

* Android üçün - http://bit.ly/2TMxWU1 


Bank of Baku-nun bu və ya digər yenilikləri barəsində daha ətraflı məlumatı Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış ola bilərsiniz.


Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com  

www.facebook.com/bankofbaku


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment