1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Banka gəlmədən əməkhaqqı kartlarının sifarişi mümkün oldu
10.04.2020

COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirlərindən irəli gələrək Azərbaycan Beynəlxalq Bankı xidmət imkanlarını mövcud şəraitə uyğunlaşdırır. Korporativ müştərisi olan şirkətlərin əməkdaşlarının sağlamlığı qayğısına qalmaqla Bank karantin dövründə onların bank xidmətlərindən distant istifadə imkanlarını genişləndirmək məqsədilə İnternet Bank sisteminə yeni funksiyalar əlavə edib. Korporativ müştərilər indi əməkhaqqı kartlarını da banka gəlmədən İnternet Bank xidməti vasitəsilə sifariş verə bilərlər. İnternet Bank distant qaydada əmək haqqı kartlarının müddətinin uzadılması, itmiş və oğurlanmış kartların yenidən sifarişi, zərurət yarandıqda kartın bloklanması imkanı da verir. 

İnternet Bank sistemi xüsusilə karantin dövründə evdən, ofisdən çıxmadan bir çox bank əməliyyatlarını da məsafədən yerinə yetirməyə şərait yaradır. Belə ki, müştərilər İnternet Bank sisteminin üstünlüklərindən faydalanaraq cari, əmanət, kredit hesablarını distant idarə edə, hesabdan çıxarışlar formalaşdıra, hesab qalıqlarını izləyə, bankdaxili və ölkədaxili köçürmələr apara bilərlər. 

Konvertasiya əməliyyatlarının, SWIFT vasitəsilə xaricə köçürmələrin aparılması, ƏDV-nin ödənilməsi, depozit hesablarının, kredit əqdlərinin nəzərdən keçirilməsi, kütləvi köçürmələrin icrası, gündəlik xarici valyuta məzənnələri barədə məlumatların təqdim olunması da Azərbaycan Beynəlxalq Bankının İnternet Bank sisteminin korporativ müştərilərə yaratdığı imkanlardandır. Xidmət haqqında daha ətraflı məlumatı buradan əldə etmək olar. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment