1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank biznes sahiblərinə banka gəlmədən onlayn hesab açmaq imkanı yaradıb
08.04.2020

Unibank fərdi sahibkarların işini bir qədər də asanlaşdırıb. İndiki çətin vaxtlarda sahibkarlarımıza yaxından dəstək olmaq üçün Bank onlayn hesab xidmətini istifadəyə verib. İndi hər bir sahibkar harda olmasından asılı olmayaraq, bank filialına gəlmədən hesab aça bilər. Onlayn hesab açılan zaman rekvizitlər birbaşa biznes sahibinin özünə göndərilir və hesabı aktivləşdirmək üçün də banka gəlməyə ehtiyac qalmır.

“Unibank”da onlayn hesab açmaq üçün sadəcə bunları etmək lazımdır:

- Unibank.az saytından (https://hesab.unibank.az/login) “Onlayn hesab açın” bölməsinə daxil olursunuz;

- Buradakı ərizə formasını doldurub ASAN İmza vasitəsilə imzalayırsınız;

- Sizə uyğun vaxtda bank ilə videozəng əlaqəsi qurduqdan həmən sonra hesabınız aktiv edilir və rekvizitlər sizin elektron poçtunuza göndərilir;

- Onlayn hesab açılan kimi dərhal İnternet Bankinq və Mobil Bankinq xidmətləri də aktiv olunur və hesabınızda istədiyiniz əməliyyatı artıq apara bilərsiniz.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 10.00-dan 14.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment