1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Fitchdən Azərbaycan Beynəlxalq Bankının kapital mövqeyi haqqında müsbət rəy
07.04.2020

Fitch Beynəlxalq Reytinq Agentliyi də COVID-19-la bağlı yaranmış iqtisadi qeyri-müəyyənlik və aşağı neft qiymətləri şəraitində Azərbaycan Beynəlxalq Bankının reytinqinə yenidən baxıb. Agentlik Bankın uzunmüddətli defolt reytinqini (IDR) Stabil proqnozla qiymətləndirib və Bankın bu reytinqi “B-” səviyyəsində təsdiqlənib.   

Fitch ekspertlərinin fikrincə, malik olduğu əhəmiyyətli kapital buferi və aşağı risk səviyyəsi Azərbaycan Beynəlxalq Bankına öz reytinqlərini qoruyub saxlamağa imkan yaradır. Ona görə də Bankın reytinqlərinin yaxın gələcəkdə aşağı düşmə ehtimalı yoxdur. Bunu nəzərə alaraq Fitch bankın reytinq proqnozunu Stabil müəyyənləşdirir. 

Agentlik ekspertlərinin rəyinə görə, Bankın kredit portfelinin ümumi aktivlərə nisbətdə həcmi (27%) və kreditlərin əsasən az riskli layihələrə ayrılması Azərbaycan Beynəlxalq Bankının aktivlərinin keyfiyyətinin aşağı düşməsi ehtimalını azaldır. Aparılan təhlillər 2016-cı ildən bəri bankın balansının da əhəmiyyətli şəkildə sağlamlaşdığını göstərir.

2020-ci ilin fevral ayının sonuna I dərəcəli kapitalının 33%, kapitalın adekvatlıq əmsalının isə 32% təşkil etməsi Azərbaycan Beynəlxalq Bankı üçün güclü kapital buferləri formalaşdıraraq kapitallaşma riskini də minimallaşdırır. Fitch analitikləri bunu nəzərə alaraq hesab edirlər ki, hətta ən pessimist ssenaridə belə Azərbaycan Beynəlxalq Bankının kapital mövqeyi yenə müəyyən edilmiş normalardan yüksək olacaq. 

Fitch-in təhlillərinə görə, əməliyyat mühitinin dəyişməsindən irəli gələrək Bankın maliyyələşməsinə və likvidlik profilinə dərhal təzyiqlərin başlanması gözlənilən deyil. Bu baxımdan, hər hansı neqativ təsirlər qarşısında da bankın likvidliyi kifayət qədər güclü mövqedə qalacaqdır. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment