1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Moody`s Xalq Bankın reytinqlərini təsdiqlədi
02.04.2020

Koronavirus pandemiyası və dünya bazarlarında neftin ucuzlaşması ilə bağlı yaranan yeni çağırışlar ölkənin bütün iqtisadi sahələrinin daimi təhlilini zəruri edir. Moody’s Investors Service beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunun durumunu nəzərdən keçirərək bu sahəyə təsir edən bütün amilləri araşdırıb.

Təhlil çərçivəsində agentlik ASC “Xalq” Bankının yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B2 səviyyəsində təsdiqləyib. Agentliyin analitikləri koronavirusun dünyada sürətli və geniş yayılması fonunda qlobal iqtisadiyyatın perspektivlərinin pisləşməsi, neftin qiymətinin kəskin düşməsi və digər amillərin Bankın gəlirliliyinə mənfi təsir göstərə biləcəyini ehtimal edir və bununla bağlı reytinq üzrə proqnozu  “Stabil”dən “Neqativə” dəyişib. 

Agentlik Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) B3, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent riski reytinqini (CR Assessments) B1(cr)/Not Prime səviyyəsində təsdiqləyib. Həmçinin, Bankın qısamüddətli bank depozitləri və qısamüddətli kontragent riski üzrə reytinqi  NP səviyyəsində təsdiqlənib.

Moody`s ekspertləri Bankın kapitallaşma səviyyəsinin sabit olduğunu vurğulayır – Bankın birinci dərəcəli kapitalının adekvatlıq əmsalı 20,4% (398.9 mln manat), məcmu kapitalının əmsalı isə 21,4% (418.8 mln manat) təşkil edir, bu da tənzimlənmə orqanın sistem əhəmiyyətli banklar üçün müəyyən etdiyi normativ tələblərdən (6% və 12%) xeyli yüksəkdir. Moody`s Xalq Bankın dayanıqlığını, risklərin qarşısını almaq qabiliyyəti, eləcə də sistem əhəmiyyətini nəzərə alaraq, Bankın yaxın 12-18 ay ərzində reytinq üzrə proqnozun yaxşılaşdırılmasını istisna etmir. 

ASC “Xalq” Bankı Moody`s Investors Service beynəlxalq reytinq agentliyi ilə 2011-ci ildən əməkdaşlıq edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment