1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Karantin dövründə evdə oturarkən hansı idman hərəkətlərini etmək lazımdır?
02.04.2020

Koronavirus (COVİD-19) pandemiyasının qarşısının alınması məsələsi bütün dünyanı qayğılandıran bir nömrəli problemə çevrilib. Ölkəmizdə ciddi karantin rejimi tədbiq olunub və ciddi tədbirlər görülür. Karantinin əsas tələblərindən biri evdə qalmaqdır. Evdə qalmaq koronavirusun yayılmasının qarşısının alınması üçün önəmlidir.

Sosial izolyasiya və evdə qalmaq virusun yayılma riskini azaldır. Evdə qalsanız da, hərəkətsiz və passiv olmayaq. Dr.Səidə Kərimovanın sadə məsləhətləri və tövsiyə etdiyi idman hərəkətləri sizin sağlamlığınızı qorumağa və əhval ruhiyyənizi yüksək saxlamağa kömək edəcək.

Gəlin bir neçə vacib məsələyə diqqət yetirək:

1.Saatlarla hərəkətsiz oturaq vəziyyətdə qalmayın. Bu həm sağlamlığa mənfi təsir edir, həm də onurğa və bel ücün zərərlidir. Çox oturanda bel nahiyəsinə yük çox düşür, onurğa strukturlarına qan təchizati azalır və əzələlər zəifləyir. Oturaq vəziyyətdə işləyirsinizsə, hər 20 dəqiqədən bir durub, 3-5 dəqiqə gəzmək lazımdır.

Siz evdə qalsanız da, tam passiv olmamalısınız. Bədən əzələlərinin stabill, mobil və gücünü lazımi səviyyədə saxlamaq üçün xüsusi trenajorlara ehtiyac yoxdur. Bunun üçün idman xalçası və ya adi xalça kifayət edir. Düzgün gərmə, izometrik və izotonik gücləndirmə hərəkətləri vücüd əzələlərinin tonusu üçün çox xeyirlidir.

2.Qamətinizə fikir verin. Əyri oturub televizora baxmaq və ya başını əyib smartfonu saatlarla işlətmək olmaz. Düz qamətinizi qoruyun ki, ağrı və digər xoşagəlməz hallar olmasın. Bel və boyun əzələləri üçün idman edin. Onlar sadədir və əzələ gərginliyini yaxşı aradan götürə bilir. Düzgün qamət və onurğa sağlamlığı üçün faydalı idman hərəkətlərini siz Mərkəzi Gömrük Hospitalının saytında “Düz qamət -sağlam həyat” rubrikasından öyrənə bilərsiniz.

3.Siz evdən kompüterlə işləyirsinizsə -iş yerinin təşkilinə və erqonomikasına fikir verin. Ev şəraitində kompüterin monitoru göz səviyyəsində, klaviatura yaxın və dirsəkləriniz bədənə yaxın olmalıdır. Başınızı qabağa ya da aşağı əyməyin. Klaviaturadan istifadə etdikdə biləklərinizi bükməyin. Bu barmaqlarda ağrı və keyləşməyə səbəb ola bilər.

4.Pozitiv olmağa çalışın! Bu çətinliklər müvəqqətidir. Hər bir vəziyyətdən bir təcrübə yaranır. Bu da ən azından məsuliyyət və birlik təcrübəsi kimi yadımızda qalacaq. Karantin qaydalarına riayət edin və xəstəliklə mübarizədə həkimlərə dəstək olun!

Biz həkimlər də bu cətin vaxtlarda, sizin dəstəyinizi hiss edib, qürur hissi ilə xidmətinizdə olacağıq.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment