1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta şirkəti bütün sığortalı müştərilər üçün dərmanların istənilən ünvana ödənişsiz çatdırılma xidməti
01.04.2020

Cəmiyyətimiz qarşısında sosial məsuliyyəti anlayaraq sığortalı müştərilərimiz bu çətin günlərini rahat şəkildə geridə qoya bilmələri və sağlamlıqlarının naminə evdə qalmaları üçün PAŞA Sığorta şirkəti  faydalı imkanlar təqdim etməyə davam edir. 

PAŞA Sığortanın könüllü tibbi sığorta üzrə müştəriləri Dokta Aptek-dən sifariş məbləğinə minimum limit tətbiq olunmadan dərman və ya tibbi ləvazimat sifariş verərək ödənişsiz çatdırılma xidmətindən yararlana biləcəklər. Digər sığorta növünün (icbari və könüllü avtomobil/əmlak və ya digər) sahibi olan hər bir müştəri isə Dokta Aptek-dən 10 AZN məbləğindən artıq dərman və ya tibbi ləvazimat aldığı təqdirdə sifarişlərin Bakı şəhər daxili istənilən ünvana çatdırılması tam ödənişsiz olacaqdır. 

Aşağıda göstərilən nömrələrlə əlaqə saxlayaraq və ya sadəcə reseptinizin şəklini bu nömrələrə göndərərək sifariş edə bilərsiniz. Sifarişləriniz ən qısa zamanda ünvanınıza təslim ediləcəkdir. 

Qeyd edək ki, ödənişsiz çatdırılma xidmətindən yararlanmaq üçün könüllü tibbi sığortalılardan Resept və Sığorta kartının şəkli, digər sığortalılardan isə reseptlə yanaşı  sığorta şəhadətnaməsinin nömrəsi (olmadığı təqdirdə sığortalı avtomobilin nömrəsi) tələb olunur.

Əlaqə nömrəsi: (+99470) ‪567 0 567‬ ‬‬

Whatsapp nömrəsi: (+99450) ‪777 0 911‬‬‬

E-mail: 911@dokta.az

Həmçinin, müştətilərin ehtiyac olan tibbi dəstəklə təmin edilməsi üçün PAŞA Sığorta şirkəti “Könüllü Tibbi Sığorta” proqramı çərçivəsində korporativ müştərilərə tam təmənnasız “Telesəhiyyə Xidməti” təqdim edir. Bu xidmət vasitəsilə 31 may tarixinədək (+994 12) ‪404 98 50‬ telefon nömrəsi ilə əlaqə saxlayıb sağlamlıqla bağlı yaranan müxtəlif sorğuları peşəkar ailə həkimləri və həkim-pediatrlara ünvanlamaq mümkündür. Odur ki, müştərilərin təhlükəsizliyi və rahatlığı üçün təcili tibbi müdaxilə tələb edən hallar istisna olmaqla, hər hansı müraciətlə bağlı evdən çıxmadan telefon vasitəsilə ilkin peşəkar konsultasiya almaq tövsiyə olunur. Sığorta şirkətinin tərəfdaşı olan “Sphera Health Care AZ” tərəfindən həyata keçirilən telesəhiyyə xidməti bazar günləri istisna olmaqla hər gün ‪08:00-22:00‬, bayram günlərində isə ‪10:00-16:00‬ saatlarında fəaliyyət göstərir.  ‬‬‬‬‬‬

Qeyd etmək istərdik ki, hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment