1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bu gün Azərbaycan Banklar Assosiasiyasının (ABA) yaranmasının 30 illik yubileyidir
30.03.2020

Bu gün Azərbaycan Banklarının ictimai birliyi olan Azərbaycan Banklar Assosiasiyasının yaradılmasının və fəaliyyətinin 30 illiyi qeyd olunur. 

Hazırda ABA-nın banklar və üç bank-olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC olmaqla 33 üzvü var. 

ABA üzv təşkilatların birgə korporativ maraqlarını təmsil edən, onları zəruri və faydalı məlumat və xidmətlərlə təmin edən, bank sektorunun inkişafına xidmət edən, təcrübə, ideya və təşəbbüslərin müzakirə edildiyi platformadır. 

ABA-nın tərkibində bu il 20 illik yubileyini qeyd edən Azərbaycan Bank Tədris Mərkəzi, bundan əlavə Banklar və Biznes qəzeti, Banklar və Biznes jurnalı, Milli qəhrəman Mübariz İbrahimovun adını daşıyan Biləsuvar bağça-lisey-məktəb kompleksi kimi törəmə qurumları, “Bank Ombudsmanı” və“ Münsiflər Məhkəməsi” fəaliyyət göstərir.

Eyni zamanda, bank sektorunun qarşısındakı imkanlar və çağırışları müzakirə edən, ideya və təkliflər verən, bankların rəhbər nümayəndələrindən ibarət Ekspert Qrupları da ABA-nın strukturuna daxildir. 

ABA çoxsaylı xarici bank assosiasiyaları, beynəlxalq və regional bank birlikləri ilə yaxından əməkdaşlıq edir. Bunlardan Avropa Bankçılıq Federasiyasını və Beynəlxalq Bank Şurasını qeyd etmək olar. 

Fəaliyyət göstərdiyi müddətdə ABA Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətin digər qanunverici, icraedici və məhkəmə orqanları, ictimai təşkilatlar və beynəlxalq qurumlarla sıx əməkdaşlıq əlaqələri yaratmış və bununla da bank qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində, eləcə də bankların beynəlxalq əlaqələrinin qurulması, bank infrastrukturunun formalaşması, ölkədə həyata keçirilən iqtisadi islahatların bank sektoru tərəfindən dəstəklənməsində əhəmiyyətli işlər görmüşdür. 

ABA eyni zamanda çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilatçılığı və ev sahibliyini həyata keçirir. Bunlardan hər ilin may ayında Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammiti (FİNTEX SUMMİT) və Beynəlxalq Bankçılıq Forumunu qeyd etmək olar. 

Qarşımızda duran prioritet hədəflərimizə ölkədə maliyyə savadlığının artırılması, maliyyə xidmətlərinə əlçatanlığın genişləndirilməsi və sektorda rəqəmsallaşmanın inkişafı, vətəndaşlarımıza müasir və etibarlı bank-maliyyə xidmətlərinin təqdim edilməsi, müştəri məmnunluğunun maksimum təmin edilməsi daxildir. 

Fəaliyyət göstərdiyi bütün dövrlərdə ABA öz üzvləri ilə birlikdə bir çox mürəkkəb vəziyyətlərlə qarşılaşmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı, dövlətimizin dəstəyi, vətəndaşlarımızın anlayışı və öz üzvlərinin birliyi sayəsində onların həllinə nail olmuşdur. 

Əminik ki, qlobal səviyyədə yaranmış çətinliklərin ölkəmizə, əhalimizin rifahına və iqtisadiyyatımıza təsirlərinin qarşısının alınması və yarana biləcək mümkün problemlərin həll edilməsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti, bütövlükdə cəmiyyətimizin birliyi və dəstəyi ilə nail olacaq və bu sınaqdan da şərəflə çıxacağıq. 

Dəyərli üzvlərimizi, onların rəhbərlərini, əməkdaşlarını, ekspert qruplarımızın üzvlərini bu yubiley münasibətlə təbrik edir və birlikdə olduğumuza görə hər birinə təşəkkür edirik!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment