1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığortadan tam təmənnasız Telesəhiyyə Xidməti!
21.03.2020

PAŞA Sığortadan könüllü tibbi sığortası olan hər kəs ödənişsiz olaraq Telesəhiyyə xidmətindən yararlana biləcək.

Daim müştərilərin qeydinə qalan PAŞA Sığorta şirkəti beynəlxalq və yerli səhiyyə qurumlarının tövsiyələrindən irəli gələrək, koronavirus infeksiyasının (COVİD-19) yayılma riskinin qarşısının alınması məqsədilə tibb müəssisələrinə planlı müraciətləri (təxirəsalınmaz hallar istisna olmaqla) müvəqqəti olaraq minimallaşdırmağı və fərqli vaxta keçirməyi tövsiyə edir.

Cari vəziyyətdə ehtiyac olan tibbi dəstəyin təmin edilməsi üçün şirkət “Könüllü Tibbi Sığorta” proqramı təklif etdiyi bütün korporativ müştərilərinə tam təmənnasız “Telesəhiyyə xidməti” təklif edir. Bu xidmət vasitəsilə PAŞA Sığortadan Könüllü Tibbi Sığortası olan hər kəs 31 May tarixinə qədər  saat 08:00-dan 22:00-dək (bazar günləri istisna olmaqla) və bayram günləri saat 10:00-dan 16:00-dək (+994 12) 404 98 50 telefon nömrəsi ilə əlaqə saxlayıb sağlamlıqları ilə əlaqədar yaranan müxtəlif sorğularla bağlı peşəkar ailə həkimi və həkim-pediatr məsləhətindən yararlana biləcək.

Xidmət PAŞA Sığortanın tərəfdaşı olan “Sphera health care AZ” şirkəti tərəfindən təmin edilir.

Qeyd etmək istərdik ki, hal hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment