1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibankdan kənd təsərrüfatına daha bir dəstək
18.03.2020

Unibank aqrar sahədə fəaliyyət göstərən sahibkarlara dəstək istiqamətində daha bir layihəyə qoşulub. Bank Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə əməkdaşlığa başlayıb. Əməkdaşlığın nəticəsi olaraq Unibank AKİA-nın təklif etdiyi bütün xidmətləri sahibkarlara təqdim edir. AKİA ilə tərəfdaşlıq kənd təsərrüfatı sahəsində biznesi olan Unibank müştərilərinin daha aşağı faizli kreditlər əldə etməsinə imkan yaradacaq. Bu kreditlər Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına, illik 7%-lə kənd təsərrüfatının inkişafı məqsədilə verilir. AKİA ilə əməkdaşlıq çərçivəsində Unibank güzəştli şərtlərlə kənd təsərrüfatı avadanlığı və texnikası, damazlıq heyvan alışı üçün nəzərdə tutulan kreditlər də təklif edir.  Damazlıq heyvan alışı üçün heyvanın dəyərinin 25%-i həcmində ilkin ödəniş, dövlət tərəfindən 60% subsidiya (güzəşt), qalan məbləğ isə illik 7%-lə Bank tərəfindən kreditləşdirilir. Sahibkarlar tərəfindən texnikanın dəyərinin 20%-i həcmində ilkin ödəniş, dövlət tərəfindən 40%-i həcmində subsidiya (güzəşt), qalan məbləğ isə Bank tərəfindən faizsiz kreditləşməklə kənd təsərrüfatı texnikası əldə etmək mümkündür. Kreditin məbləği təyinatdan asılı olaraq 5000 AZN-dən 1 000 000 manatadək dəyişir. 

AKİA kreditlərinin üstünlükləri:

- aşağı faiz;

- kreditin güzəşt mddətli olması;

- girovsuz kredit əldə etmək imkanı.

Kreditin təyinatı:

- əkinçilik 

- heyvandarlıq 

- arıçılıq, quşçuluq və digər kənd təsərrüfatı sahələri

- istixana(parnik) komplekslərinin yaradılması və s.

- kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı alışı

- Damazlıq heyvan alışı

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients  əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!



 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment