1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“ASAN bot” tətbiqi istifadəyə verilib
18.03.2020

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi dövlət xidmətləri haqqında məlumatların vətəndaşlara daha rahat şəkildə ötürülməsi məqsədilə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən hazırlanmış “ASAN bot” sistemi istifadəyə verilib. “ASAN bot”  bir süni intellekt məhsulu olan çatbotdur.  İlkin olaraq pilot versiyada istifadəyə verilmiş “ASAN bot”un Beta  versiyası vətəndaşların “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində göstərilən  xidmətlər ilə bağlı, həmçinin bir sıra digər layihələr ilə əlaqədar sualları cavablandırmağa xidmət edəcək. Belə ki, “ASAN bot” vasitəsilə vətəndaşlar artıq istədikləri vaxt,  247 rejimində  və istənilən yerdən dövlət xidmətləri barədə suallarına operativ şəkildə cavab əldə edə biləcəklər.

“ASAN bot”un bir sıra digər kommersiya botlarından əsas fərqi onun vətəndaşların daxil etdikləri mətni rahat başa düşməsindədir ki, bu  da Süni İntellekt texnologiyasına əsaslanır. Çatbot vətəndaşın ilkin müraciətini başa düşməkdə çətinlik çəkdiyi halda isə ona seçim etməsi üçün menyu təklif edir, müraciətə daha detallı yanaşır. 

“ASAN bot”un ilkin olaraq Teleqram tətbiqi üzərindən istifadəyə verilməsi nəzərdə tutulub. Beta versiyasında fəaliyyətə başlayacaq botun gələcəkdə daha da təkmilləşdirilməsi və tətbiq sahəsinin genişləndirilməsi nəzərdə tutulur. Bu sistem gələcəkdə digər dövlət qurumlarının da bənzər xidmətlərinin göstərilməsi üçün tətbiq ediləcəkdir.

“ASAN Bot”  vasitəsilə, həmçinin günümüzün aktual məsələsi olan Koronavirus pandemiyası haqqında da məlumat almaq, qorunma üsulları barədə maariflənmək mümkündür.

Tətbiqə keçid: https://t.me/aze_asan_bot 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment