1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Kirayə mənzil mexanizmi çərçivəsində ilk kirayə müqavilələri rəsmiləşdirilib
16.03.2020

16 mart 2020-ci il tarixində Azərbaycanda ilk dəfə olaraq yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi çərçivəsində kirayə müqavilələri rəsmiləşdirilib. Belə ki, İpoteka və Kredit Zəmanət Fondunun razılıq qərarını alaraq mənzil seçimi etmiş ilk 6 vətəndaşla kirayə mənzil müqaviləsi imzalanıb və hazırda mənzillərin onlara təhvil verilməsinə başlanılıb. Əlavə olaraq 23 vətəndaş da müqavilənin rəsmiləşdirmə tarixini seçib.

Vətəndaşların nəzərinə çatdırırıq ki, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti 19 mart 2020-ci il tarixinədək məhdudlaşdırıldığından, Fond tərəfindən vətəndaşların sənədlərinin qəbulu da müvəqqəti dayandırılıb. Sənəd qəbulunun davam etdirilməsi ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.

Bugünədək elektron sistemdən istifadə edərək kirayə mənzil xidmətinə müraciət edənlərin sayı aşağıdakı kimidir:

EİKZS-də elektron kabinet yaradanlar

8374

Müraciət formalaşdıranlar

7523

Müraciət göndərənlər

5893

Sənəd təqdim edənlər

298

Razılıq qərarı alanlar

222

Razılıq verilməsindən imtina olunanlar

3

Mənzil seçimi edənlər

72

Rəsmiləşdirilmiş müqavilələr

6

Rəsmiləşdirilmə günü təyin olunanlar

23

 

Qeyd edək ki, kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş 

təlimatla tanış olmaqla əldə etmək mümkündür.

 

Eyni zamanda, vətəndaşlar  Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla 

bu keçid vasitəsilə tanış ola bilərlər.

 

 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment