1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azercell xidmət mərkəzlərində xüsusi iş rejimi elan edilir
16.03.2020

Koronavirus infeksiyasının (COVID-19) Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, həmçinin, dövlət və özəl sektora aid qurumların fəaliyyəti üçün xüsusi qaydaların işlənib hazırlanmasına dair qərarına uyğun olaraq “Azercell Telekom” MMC öz ofis və xidmət mərkəzlərində xüsusi iş rejimini tətbiq edir. 

Belə ki, Bakı və bölgələrdə çalışan Müştəri Xidmətləri Mərkəzləri, Azercell Eksklüziv və Azercell Ekspres ofisləri, eləcə də, Azercell-in rəsmi diler məntəqələri fəaliyyətini davam etdirərək hər gün 09:00-dan 18:00-a qədər müştərilərə xidmət göstərəcək. Eyni zamanda, virusdan qorunmaq məqsədilə bütün ofislər qoruyucu maska, əlcək, antiseptik vasitələrlə təmin edilir, ofislərdə mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilir. 

Bununla yanaşı, ölkədə tətbiq olunan qabaqlayıcı tədbirləri nəzərə olaraq Azercell Telekom öz abunəçilərinə ev şəraitindən ayrılmamaları və kütləvi insan axınının movcud olduğu yerlərə baş çəkməmələri üçün şirkətin aşağıdakı alternativ xidmət kanallarından istifadə etməyi tövsiyə edir:  

 

Online Müştəri Xidmətləri  https://www.azercell.com/az/;

“Kabinetim” Mobil tətbiqi və onun tərkibindəki çat xidməti https://www.azercell.com/my/login;

Azercell-in rəsmi Facebook, Twitter və Instagram səhifələri;

Azercell Telefon Mərkəzi:

- Fakturalı Xətt Abunəçiləri: +994(012) 4905252 şəhər nömrəsi və ya 6565 qısa nömrəsinə

- Fakturasız Xətt (SimSim) Abunəçiləri: +994(012) 4904949 şəhər nömrəsi və ya 2002 qısa   nömrəsinə.


Qeyd etmək lazımdır ki, yaranmış vəziyyətlə bağlı Şirkətin fəaliyyətində müştəri məmnuniyyətinə təsir edə biləcək heç bir texniki problem və ya ləngimə nəzərdə tutulmur və Azercell-in bütün texniki heyəti, Müştəri Xidmətləri Mərkəzləri, həmçinin, məsul vəzifələri icra edən departament rəhbərləri və şirkət prezidenti xüsusi iş rejimində fəaliyyətlərini davam etdirəcəklər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment