1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Diplomatik korpus A-Qroupda sığortalanır
10.03.2020

Xarici ölkələrin Azərbaycandakı 22 səfirliyi əmlaklarını, avtomobillərini və ən əsası işçi heyətinin və onların ailələrinin sağlamlığını artıq A-Qroup sığorta şirkətinə həvalə edib. Sığortalıların sağlamlığının qorunması, hərtərəfli tibbi xidmətin təşkili A-Qroupun prioritet sahələri olmuşdur və qalır. 

Son ildə Sığortalılar siyahısına İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Koreya, Avstriya, Peru, Qazaxıstan və digər ölkələrin səfirlikləri daxil olunmuşdur. Fransa, Hollandiya Krallığı, Böyük Britaniya və İsveçin diplomatik nümayəndəlikləri isə artıq uzun illərdir ki, A-Qroup ilə əməkdaşlıq edir. Bu müddət ərzində sözügedən sığorta şirkəti həmişə müştəriyə fokuslanan xidmət və etibarlı tərəfdaş imicinin formalaşması məsələlərinə böyük diqqət yetirmişdir. A-Qroup üçün Sığortalıya yüksək keyfiyyətli sığorta xidmətləri təqdim etmək, həssas münasibət və sürətli xidmət ilə təəccübləndirmək və müştərilərin bütün istəklərini nəzərə almaq çox vacibdir.

A-Qroup Sığorta Şirkəti nail olduğu bu uğurları ilə kifayətlənməyərək yaxın və uzaq xarici ölkələrin səlahiyyətli nümayəndələrinin güvənini qazanmağa davam etmək niyyətindədir.

A-Qroup sığorta şirkəti dinamik inkişaf etməyə davam edir. Şirkət artıq 25 ildir ki, sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə geniş sığorta spektri təqdim edərək 14 növ könüllü sığorta üzrə yüksək ixtisaslı xidmətlər göstərir.


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment