1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Xalq Bankın Visa kartları ilə ödəniş edənlər 100 manat qazana bilərlər
06.03.2020

ASC “Xalq” Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankının Visa Beynəlxalq Xidmət Assosiasiyasının dəstəyi ilə cəmiyyətdə rəqəmsal ödənişlərin aparılmasına ictimai marağın artırılması, rəqəmsal ödəniş vərdişlərinin aşılanması və nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə 1 mart 2020-ci il tarixdən başlayan və mart-aprel ayları ərzində davam edəcək “Visa kartları ilə ödəniş qazandırır!” adlı stimullaşdırıcı lotereyaya qoşulub. Bu dövr ərzində Xalq Bankın Visa ödəniş kartları ilə alış-veriş və xidmət məntəqələrinin POS-terminallarında minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edir. Yəni, 5 manatdan yüksək hər bir əməliyyat kart istifadəçisinə bir şans verəcək. 

Lotereyanın ilk tirajı aprel ayının 15-də keçiriləcək və 1-31 mart tarixlər arası həyata keçirilən əməliyyatları əhatə edəcək. May ayının 15-də keçiriləcək ikinci tirajda aprel ayı üzrə əməliyyatlar iştirak edəcək. Lotereyanın uduş fondu 33 000 manat təşkil edir. İki tiraj nəticəsində hər biri 100 manat (vergi çıxıldıqdan sonra) olmaqla 300 qalib müəyyən olunacaq. Lotereyada qazanılmış vəsait qalib şəxsin kart hesabına köçürüləcək. 

Xalq Bankın ödəniş kartları, keçirdiyi kampaniya və aksiyalar haqqında daha ətraflı məlumatı www.xalqbank.az saytından və ya 138 Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment