1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı “Sahibkarlar Klubu” yaratdı
05.03.2020

Ölkəmizdə kiçik və orta biznesin inkişafına davamlı dəstək verən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir təşəbbüs həyata keçirib. Bank öz müştərisi olan sahibkarlar üçün “Sahibkarlar Klubu” yaradıb. Marriott Abşeron otelində “Sahibkarlar Klubu”nun təqdimatı olub. Təqdimat mərasimində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Aqrar Kredit və İnkişaf Agentliyinin,  Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbərləri də iştirak edib. 

“Sahibkarlar Klubu”nun yaradılmasında məqsəd kiçik və orta sahibkarlığın inkişafına dəstək, ölkə iqtisadiyyatında bankın korporativ müştərilərinin mövqeyinin gücləndirilməsi, ixracyönümlü müştərilərin biznesinin genişləndirilməsidir. Azərbaycan Beynəlxalq Bankının müştərisi olan və müvafiq meyarlara cavab verən hər bir sahibkar bu klubda təmsil oluna bilər.

“Sahibkarlar klubu”nun üzvlərinə bankın məhsul və xidmətlərindən istifadə zamanı müxtəlif güzəştlər ediləcək. Onlar üçün bankın tərəfdaşı olan yerli və xarici təşkilatların da dəstəyi ilə birgə tədbirlər təşkil olunacaq. Bundan başqa, aqrar, xidmət, turizm, tikinti, ticarət və s. bu kimi prioritet sahələrdə bir sıra innovativ həllər sahibkarların istifadəsinə veriləcək. Klub üzvləri bankın onların işçi heyəti üçün hazırladığı sosial paketlərdən faydalanacaqlar. Mütəmadi işgüzar tədbir və görüşlərdə öz kommunikasiya imkanlarını genişləndirəcək, faydalı tərəfdaşlar tapacaqlar.

“Sahibkarlar Klubu” öz üzvlərinə hüquq, mühasibatlıq, rəqəmsal təcrübənin tətbiqi, reklam, gömrük, françayzinq, sığorta xidmətləri sahəsində də kömək göstərəcək. Eyni zamanda, onlar üçün məsləhət və təlim xidmətləri təşkil edəcək. Belə ki, kiçik və orta sahibkarlar istehsal, satış, keyfiyyətin idarə edilməsi, ixrac, idxal əməliyyatları, mühasibat işinin təşkili, vergi qanunvericiliyi və s. mövzularda keçirilən təlimlərdən faydalana, klubun cəlb etdiyi peşəkar ekspertlərdən məsləhət yardımı ala biləcəklər. 

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Azərbaycan Beynəlxalq Bankı regionun aparıcı bankı olaraq sektordakı mövqeyi, müxtəlif qurumlarla sıx tərəfdaşlıq əlaqələri, geniş xidmət şəbəkəsi, universallığı və digər imkanları ilə öz ətrafında biznes üçün əlverişli ekosistem formalaşdırır. Biz kiçik və orta sahibkarlarımızın bu ekosistemdə fəal şəkildə təmsil olunmalarını və belə bir inkişaf  mühitindən faydalanmalarını istəyirik. Bu klub sahibkarları qayğılandıran məsələlərə birgə həllərin tapılmasına, kiçik və orta biznesdə innovasiyaların, müasir menecment, marketinq təcrübələrinin tətbiqinə, sahibkarlar arasında işgüzar əlaqələrin qurulmasına kömək göstərək. Ümid edirik ki, “Sahibkarlar Klubu” öz məqsədlərinə çatacaq və bizi müştərilərimizə daha da yaxınlaşdıracaq”. Sahibkarlar Klubu barədə daha ətraflı: www.sahibkarlarklubu.az 

Kluba üzv olmaq istəyən sahibkarlar 937 nömrəli Məlumat Mərkəzinə (5 nömrəsini seçməklə) zəng edə, yaxud bankın yaxınlıqdakı filial və şöbələrinə müraciət edə bilərlər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment