1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Azercell”-dən gənclərə növbəti iş imkanı
03.03.2020

Həyata keçirdiyi korporativ sosial layihələri ilə hər zaman öncül sıralarda qərarlaşan “Azercell Telekom” MMC gənclərin təhsili, peşəkar inkişafı və işlə təmin olunması istiqamətində fəaliyyətini davam etdirir. Şirkət gənclərin əmək bazarına uyğunlaşmasına, öz ixtisasları üzrə uğurlu karyera qurmasına kömək, həmçinin onların işlə təmin olunmasına dəstək məqsədi ilə növbəti əmək yarmarkasında iştirak edib. Beynəlxalq Miqrasiya Təşkilatı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətləri və Beynəlxalq Təlim və Layihə Mərkəzi MMC-nin birgə təşkilatçılığı ilə Lənkəran və Qubada təşkil olunan əmək yarmarkalarına Azercell nümayəndələri də qatılıb. Azercell şirkətinin İnsan Kapitalının İdarə Edilməsi şöbəsinin əməkdaşları yarmarka iştirakçılarına əmək bazarındakı son tendensiyalardan bəhs edib, şirkətdə mövcud olan vakansiyalar barədə məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.  Xatırladaq ki, layihə çərçivəsində gənclərin inkişafına istiqamətlənmiş müxtəlif fəaliyyət növləri – özünəməşğulluğa, əmək bazarına çıxışa dəstək, potensialın artırılması və digər məsələlər yer alıb. 

Qeyd edək ki, Azercell mütəmadi olaraq müxtəlif təhsil müəssisələri, dövlət qurumları və digər təşkilatlar tərəfindən təşkil olunan karyera sərgilərində fəal iştirak edir. 2019-cu ildə ölkənin müxtəlif ali təhsil müəssisələrində oxuyan 67 gənc şirkətin Tələbə proqramlarından yararlanıb, Azercell Akademiyası tərəfindən şirkətdaxili və müxtəlif təşkilat və qurumlara 161 tədris sessiyaları keçirilib.   

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment