1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankından FinTech sferasında böyuk addım
02.03.2020

Ölkəmizdə innovasiya ekosisteminin inkişafı istiqamətində bir neçə böyük layihəyə imza atmış Azərbaycan Beynəlxalq Bankının sahibkarlıq fəaliyyətinə dəstək məqsədilə təşkil etdiyi 1-ci IBA Regional Hakatonu başa çatıb. Bakı Ekspo Mərkəzində keçirilən Hakatonda 40-a yaxın komanda yarışıb. İdeya marafonunda dünyanın 12 ölkəsindən də nümayəndələr iştirak edib. İştirakçıların əksər hissəsi isə yerli mütəxəssislərdən, sahibkar və proqramçılardan, eləcə də digər peşəkarlardan ibarət olub. Komandalar layihələr irəli sürərək müxtəlif ölkələrdən dəvət edilmiş 25 peşəkar mentorun dəstəyi ilə 36 saat ərzində fasiləsiz şəkildə öz layihələrinin prototiplərini hazırlayıblar.   

1-ci IBA Regional Hakatonunun Münsiflər Heyətinə sahibkarlıq sahəsində innovativ həllərlə bağlı ümumən 40-a qədər layihə təqdim olunub. Komandalar layihələrinin prototiplərini nümayiş etdirərək onları münsiflər qarşısında əsaslandırıblar. Münsiflərin verdikləri ballar əsasında 1-ci, 2-ci və 3-cü yerin qalibi olan komandalar müəyyənləşib. Hakatonda 1-ci yeri Azərbaycan və Ukrayna mütəxəssislərindən təşkil edilmiş “YarımADA” komandası tutub. Onlar kiçik və orta sahibkarlıq biznesində maliyyə şəffaflığını təmin edən, mal-materialların inventarlaşdırılmasını və digər əməliyyatları asanlaşdıran layihə prototipi ilə qalib olublar. 2-ci yerə Türkiyədən gəlmiş “AppArtisans” komandası çıxıb. Onların irəli sürdükləri “IBA mPos” layihəsi sahibkarlara öz mobil telefonlarını xüsusi tətbiqin köməyi ilə POS terminala çevirmək imkanı yaradır.    

3-cü yeri isə azərbaycanlı tələbələrdən təşkil olunmuş “Delta  Squad” komandası pul köçürmələri sisteminin təkmilləşdirilməsinə kömək göstərən “Azmo” innovativ layihəsi ilə qazanıb. Şərtlərə uyğun olaraq 1-ci yerin qalibinə 10000, 2-ci yerin qalibinə 5000, 3-cü yerin qalibinə 3000 manat məbləğində mükafat verilib. 

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, Bankın Baş Transformasiya inzibatçısı Taleh Tahirli bildirib ki, 1-ci IBA Regional Hakatonu Bankın son aylar innovasiyalar sahəsində həyata keçirdiyi layihələrin davamıdır: “Bu, ölkəmizdə FinTech sferasında keçirilmiş ilk ən böyük belə tədbir idi. Hakatonun təşkilində iki məqsədimiz vardı: ölkəmizdə kiçik və orta sahibkarlıq fəaliyyətinə faydalı ola biləcək innovativ həllər tapmaq və bu həlləri irəli sürən talantları üzə çıxararaq onlara dəstək olmaq. Düşünürük ki, 1-ci IBA Regional Hakatonu öz məqsədlərinə nail oldu. Azərbaycan Beynəlxalq Bankı FinTech sferasında növbəti önəmli addımını ataraq bu sferada mövqelərini daha da gücləndirdi. Qalib olmayan komandaların da öz layihələri ilə innovasiya ekosisteminə cəlb edilməsi üçün planlarımız var”.  

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment