1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İpoteka və Kredit Zəmanət Fondunun məlumatı
02.03.2020

İpoteka və Kredit Zəmanət Fondu (Fond) bildirir ki, bugünədək 5400-dən çox vətəndaş kirayə mənzil modulu üzrə elektron müraciətini Fondun “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə formalaşdırıb və bu proses davam etməkdədir. Kirayə mənzil əldə etmək istəyən vətəndaşlara elektron kabinetin formalaşdırılmasını yekunlaşdırmaq tövsiyə olunur.

Müraciətlərin qəbuluna başlanması vaxtı ərizəçinin elektron kabinetində yerləşdiriləcək və bu barədə onlara SMS məlumat veriləcək.

Qeyd edək ki, şəffaflığın təmin edilməsi məqsədilə bütün müraciətlər elektron sistem vasitəsi ilə növbəyə alınacaq, növbəlilik barədə məlumat elektron kabinetdə və Fondun informasiya resurslarında əks olunacaq. Bu məlumatların həm müraciət edən vətəndaşlar, həm də ictimaiyyət üçün açıqlığı Fond tərəfindən mütəmadi qaydada təmin ediləcək. 

Onu da bildirmək lazımdır ki, vətəndaşların ödəniş qabiliyyətinin qiymətləndirilməsi elektron sistem vasitəsi ilə əldə olunan rəsmi məlumatlar əsasında Fondun açıq bəyan etdiyi meyarlar üzrə həyata keçiriləcək. 

İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzillərə dair vətəndaşların məlumatlandırılması, qeydə alınan ilkin müraciətlərin sayı və proseslərin gedişatı ilə bağlı bütün lazımi məlumatları mütəmadi olaraq ictimaiyyətə bundan sonra da bildirəcək.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Eyni zamanda, vətəndaşlar  Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment