1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Muğanbank” ASC-nin yaratdığı “MONEX” beynəlxalq pul köçürmələri sistemi Azərbaycanda bir ilkə imza atdı!
02.03.2020

Muğanbankın “MONEX” beynəlxalq  təcili pul köçürmə sisteminin, “Mastercard” beynəlxalq ödəniş sistemi ilə birgə həyata keçirdiyi layihə nəticəsində 02 Mart 2020-ci il tarixindən “MONEX” sistemi vasitəsilə müştərilər dünyanın istənilən ölkəsinə Mastercard sahiblərinə pul köçürə bilərlər. 

Pul göndərən şəxs Mastercard sahibinin  yalnız 16 rəqəmli kart nömrəsini “MONEX” sisteminin operatoruna təqdim etməklə köçürməni həyata keçirə bilər. 

Pul köçürməsi üzrə xidmət haqqı cəmi 1% təşkil edir, gün ərzində köçürmə məbləği isə maksimal  1 000 ABŞ dolları ekvivalentindədir. Köçürmələr anında Mastercard sahibinin kartına daxil olur. 

Xidmətdən istifadə üçün “Muğanbank” ASC-nin filial və şöbələrinə, həmçinin “MONEX” pul köçürmə sisteminin bütün iştirakçı banklarına müraciət edə bilərsiniz.  “MONEX” sisteminin iştirakçı bankları və s. ətraflı məlumat əldə etmək üçün www.monexmt.az saytına və ya 933 məlumat mərkəzinə zəng edə bilərsiniz. 

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 42 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment