1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalı “Uşaq xəstəliklərinin diaqnoz və müalicəsində multidisiplinar yanaşma” mövzusunda seminar keçirib
02.03.2020

29 fevral 2020-ci il tarixində  Mərkəzi Gömrük Hospitalının təşkilatçılığı ilə “Uşaq xəstəliklərinin diaqnoz və müalicəsində multidisiplinar yanaşma” mövzusunda seminar keçirilib. Tədbirdə Azərbaycanın aparıcı dövlət və özəl tibb müəssisələrində çalışan yüksəkixtisaslı pediatrlar iştirak ediblər. Tədbiri giriş sözü ilə Mərkəzi Gömrük Hospitalının rəis müavini Ceyla Əhmədxanova açaraq, seminar iştirakçılarını salamlayıb, müasir dövrdə pediatriyanın inkişafından və Mərkəzi Gömrük Hospitalında uşaq xəstəliklərinin müalicəsində yeni yanaşmalardan danışıb.

Tədbirin rəsmi açılışının sonunda  Mərkəzi Gömrük Hospitalının fəaliyyətini və nailiyyətlərini əks etdirən video çarxın nümayişi  iştirakçılar tərəfindən maraqla izlənib. Seminarda Məkəzi Gömrük Hospitalının həkim kardioloqu Nəsimi Cabbarov “Uşaqlarda ürək qüsurlarının aşkarlanmasında pediatrın rolu” və uşaq cərrahı Vüsal Cəfərov “Yenidoğulmuşlarda uroloji problemlər: erkən aşkarlanmanın əhəmiyyəti” mövzusunda təqdimatla çıxış ediblər.

Mərkəzi Gömrük Hospitalının pediatriya şöbəsinin rəisi, pediatr-neonatoloq-reanimatoloq Telman Aytayev “Sağlam və xroniki xəstəliyi olan uşaqlarda vaksinasiya: peyvəndlərin tətbiqinə müasir baxış”  və otorinolarinqoloq  Aynur Vəliyeva “Yenidoğulmuşlarda orta qulağın iltihabı: diaqnoz və müalicə” mövzusunda  çıxış edərək  pediatriya sahəsində əldə edilən nailiyyətlərdən danışıb və dünya təcrübəsinin yeniliklərini seminar iştirakçılarına çatdırıblar.

 Mərkəzi Gömrük Hospitalının çıxış edən həkimləri uşaqlarda tez-tez rast gəlinən kardioloji, uroloji və qulaq xəstəliklərinin müalicəsində müasir yanaşmalar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib və  auditoriyanı maraqlandıran sualları cavablandırıblar. Seminar çıxışlar ətrafında müzakirələrlə davam edib. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment