1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İKZF satmaq öhdəliyi ilə kirayə yaşayış sahələrinin siyahısını genişləndirib
02.03.2020

Məlum olduğu kimi, bu gündən İpoteka və Kredit Zəmanət Fondunun (Fond) yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə elektron kabinetin yaradılması və elektron müraciətlərin formalaşdırılması prosesinə başlanılıb.

Gün ərzində artıq 3000-dək vətəndaş elektron kabinetin yaradılması üçün müraciət edib və hazırda proses davam edir. 

Eyni zamanda, Fondun vətəndaşlara satmaq öhdəliyi ilə kirayə təklif etdiyi yaşayış sahələrinin siyahısı genişləndirilib. Vətəndaşların nəzərinə çatdırırıq ki, ilkin mərhələdə Fond tərəfindən vətəndaşlara 331 mənzil kirayə təklif olunurdu. Hazırda kirayə mənzillərin sayı artırılaraq 530-a çatdırılıb. Əhalinin tələbini nəzərə alaraq Fond tərəfindən mənzil fondunun formalaşdırılması davam etdirilir.

Kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış olmaq mümkündür.

Xatırladaq ki, “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə yaşayış sahəsini seçmək imkanı yalnız Fond tərəfindən müraciətə baxıldıqdan və razılıq barədə qərarın qəbul edilməsindən sonra yaranır.

Eyni zamanda, kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment