1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“ASAN Həyat” Bahar Festivalı keçiriləcək
28.02.2020

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin təşkilatçılığı ilə “ASAN Həyat” komplekslərində  “ASAN Həyat” Bahar Festivalları keçiriləcək. 

Festivallar cari ilin 1-3 mart tarixində Kürdəmirdə, 8-10 mart tarixində Şamaxıda, 15-17 mart tarixində isə Quba şəhərində yerləşən “ASAN Həyat” kompleksində təşkil olunacaq. 

Tədbirlərdə Novruz atributları və bahar əhval-ruhiyyəsini əks etdirən sərgilər, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkası təşkil olunacaq, həmçinin bölgələrimizdə yaşayan müxtəlif xalqların milli-mənəvi dəyərləri, folkloru, musiqi və mətbəxi nümayiş etdiriləcək. 

Festival çərçivəsində  tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı və milli personajlardan ibarət bayram tamaşaları, kəndirbaz oyunları, pəhləvan və idmançıların çıxışları da reallaşdırılacaq. 

Həmçinin “ABAD” publik hüquqi şəxsin “ABAD Gastro Village” layihəsi çərçivəsində Food trucklər (təkərli qoşqular) nümayiş olunacaq. Bu trucklərdə “ABAD” məhsullarından hazırlanmış fast foodların satışı həyata keçiriləcək.

Festivallarda Azərbaycandakı diplomatik korpusun nümayəndələri tərəfindən multikulturalizm ənənələrinə uyğun olaraq ölkələrinə məxsus adət-ənənələri nümayiş etdirən təqdimat guşələri təşkil olunacaq. 

“ASAN Həyat” Bahar Festivalının məqsədi xalqımızı tarixən bütövləşdirən, milli mədəniyyətimizi və mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz ənənələrinin layiqincə yaşadılması,  regionların sosial mədəni həyatına, bayram əhval ruhiyyəsinin artırılmasına töhfə vermək,  eyni zamanda insanlar arasında birlik və mehribanlığı möhkəmləndirməkdir. 

Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir, hər kəsi bu tədbirdə iştirak etməyə və festivala rəng qatmağa dəvət edirik.

Videoya keçid: https://youtu.be/7vAyM6RkFRU 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment