1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Nepalın yüksək vəzifəli nümayəndə heyəti “ASAN xidmət”də
28.02.2020

26-27 fevral 2020-ci il tarixində Nepal Daxili İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndə heyəti “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, həyata keçirilən layihələr və müvafiq sahələr üzrə əməkdaşlıq perspektivlərinin müzakirəsi məqsədilə Azərbaycana səfər edib.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlarla görüşü zamanı cari ilin yanvar ayında Dövlət Agentliyinin nümayəndə heyətinin Nepala səfərini diqqətə çatdırıb. Həmçinin Nepal nümayəndə heyətinin ölkəmizə səfərinin müvafiq sahələr üzrə davam edən əməkdaşlığa daha da təkan verəcəyi bildirilib.

Həmçinin qonaqlara dövlət xidmətləri göstərən qurumların ASAN Beynəlxalq Assosiasiyası barədə məlumat verilib və Nepal tərəfinin müvafiq təşkilata qoşulması ilə əlaqədar müzakirə aparılıb.

Görüşdə dövlət idarəetməsi sahəsində son dövrdə Prezident İlham Əliyev tərəfindən reallaşdırılan islahatlar, ASAN təcrübəsinin həyata keçirilməsi, dövlət xidmətlərinin göstərilməsi, habelə elektron hökumət sahəsindəki uğurlu fəaliyyətin BMT tərəfindən mükafatlandırılması və digər beynəlxalq səviyyəli mükafatlar diqqətə çatdırılıb.

Səfər çərçivəsində nümayəndə heyəti “ASAN xidmət” mərkəzi, Səyyar ASAN xidmət,  ASAN Radio, ASAN Təlim- Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qonaqlara Elekton Hökumətin İnkişafı Mərkəzində Dövlət Agentliyinin müxtəlif elektron layihələri, o cümlədən “ASAN Viza”, “MyGov”, “ASAN Ödəniş”, “E-Agro”, “E-Satınalma”  layihələri barədə geniş təqdimat edilib. Tərəflər arasında “ASAN Viza” təcrübəsinin öyrənilməsi və bu sistemin Nepalda tətbiqi ilə əlaqədar ilkin razılıq əldə olunub.

Nepaldan olan nümayəndə heyəti, eyni zamanda “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi ilə tanış olub.

Qonaqlar dövlət xidmətlərinin göstərilməsi  və sosial innovasiyalar sahəsində Dövlət Agentliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirib və bu qabaqcıl təcrübələrin Nepalda tətbiqinə dair maraqlarını ifadə ediblər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment