1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Caspian Franchise” - Azərbaycan Beynəlxalq Françayzinq Forumu 4-5 mart tarixlərində “Boulevard Hotel Baku”-da baş tutacaq
27.02.2020

“Caspian Franchise” ölkədə franşizaların alqı-satqısı sahəsində yeganə işgüzar platformadır. “Biznesin yarandığı yer” olaraq tədbir françayzinq haqda hərtərəfli məlumat almaq, uğurlu investisiya tapmaq və yeni biznesə başlamaq üçün əvəzolunmaz imkan yaradır.

“Caspian Franchise” franşiza sahiblərini, sərmayəçilər və sahibkarları, iri xoldinqlərin nümayəndələrini və françayzinq üsulu ilə biznes fəaliyyətinə başlamaq niyyətində olan şəxsləri bir araya gətirəcək.

Tədbir Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilati dəstəyi və iştirakı ilə keçirilir. “Caspian Franchise”ın məqsədi kiçik və orta biznes müəssisələrinə yeni fəaliyyət sahələrinin genişləndirilməsi və ya təşkilində köməklik göstərmək, Azərbaycanda françayzinqin inkişaf imkanlarını müzakirə etmək, eləcə də xaricdə biznesin inkişaf tendensiyaları ilə tanış olmaqdır.

“Caspian Franchise” iki hissədən ibarət olacaq:

·        Konfrans

·        Sərgi

Konfrans Azərbaycanda françayzinqin ən aktual problemlərini yerli və xarici mütəxəssislər və sahibkarlarla müzakirə etmək imkanı yaradacaq. Konfrans zamanı qonaqlar "Niyə özəl biznesi deyil françayzinq?" sualına cavab alacaqlar, franşizada işləməyin hüquqi tərəflərini və bu sahədə uğurlu təcrübəsi olan biznes sahiblərinin praktiki məsləhətləri müzakirə edəcəklər. Konfransın proqramı ilə linkdən keçərək tanış olmaq mümkündür: https://franchiseexpo.az/az-content/10.html

Sərgidə dondurma, suşi, qəhvə, geyim, kuryer xidmətləri kimi istiqamətlərdə öz məhsul və xidmətlərini təqdim edən və müxtəlif ölkələri təmsil edən şirkətlər iştirak edəcəklər. Sərgidə həmçinin daşınmaz əmlak agentliyi və məhz Sizə uyğun franşiz tapmaq üçün konsaltinq xidmətləri göstərən şirkətlər yer alacaqlar. Sərginin qonaqları isə xarici françayzinq şirkətlərinin nümayəndələri ilə şəxsən görüşüb canlı ünsiyyət formatında təklif olunan franşizlə bağlı bütün nüansları müzakirə edə biləcəklər.

Tədbirə elektron dəvətnaməni saytdan əldə etmək olar: https://franchiseexpo.az/az-event/

Bizi sosial şəbəkələrdə izləyin: #CaspianFranchise


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment