1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin iclası keçirilmişdir
26.02.2020

24 fevral 2020-ci il tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin baş ofisində   Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclas zamanı müzakirə edilən məsələlər sırasında “Ödəniş sistemləri və alternativ xidmət kanalları” Ekspert Qrupunun yeni sədrinin təyin edilməsi, “Hüquqi məsələlər” üzrə  Ekspert Qrupunun fəaliyyətinin genişləndirilməsi və ABA-nın cari fəaliyyəti olmuşdur.

İclasda “Ödəniş sistemləri və alternativ xidmət kanalları” Ekspert Qrupunun yeni rəhbəri olaraq Tamerlan Rüstəmov təyin edilmişdir.

Cari ilin yanvar ayından etibarən “Bank of Baku” ASC-də Ödəniş sistemləri departamentinin direktor müavini vəzifəsində işləməyə başlayan Tamerlan Rüstəmov bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasında Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi vəzifəsində çalışmışdır. Ödəniş sistemləri və rəqəmsal ödənişlər sahəsində fəaliyyətə isə 2008-ci ildən Azərbaycan Respublikasının Mərkəzi Bankında başlamışdır.

Bu müddət ərzində ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində yeni qanun layihəsinin hazırlanması, rəqəmsal ödənişlərin əhatə dairəsinin genişlənməsi və innovativ ödəniş alətlərinin tətbiqi, bu sahədə tənzimləmə və nəzarət çərçivəsinin formalaşdırılaraq həyata keçirilməsi, habelə maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində tədbirlərin reallaşdırılmasında yaxından iştirak etmişdir.

İclasda həmçinin “Hüquqi məsələlər” üzrə Ekspert Qrupunun sədri Qorxmaz Ağayevin bank və əlaqəli sektorlar üzrə qanunvericilik təşəbbüslərinin irəli sürülməsi və dəstəklənməsi layihəsinin təklifi ilə bağlı fəaliyyət istiqamətləri müzakirə edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment