1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


8%-dən və 10 milyon manatadək “İxraca dəstək” krediti!
25.02.2020

İş adamlarının etibarlı tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı qeyri-neft sektorunda fəaliyyət göstərən iri korporativ müştərilərin, eləcə də kiçik və orta sahibkarların ixrac yönümlü fəaliyyətinə dəstək üçün ardıcıl addımlar atır. Bu istiqamətdə növbəti addım kimi Bank istehsal və ixracla məşğul olan sahibkarlar üçün yeni “İxraca dəstək” kredit məhsulunu və “İxraca dəstək” tarif paketi aksiyasını təqdim edir. Bank yeni kredit məhsulu üzrə krediti öz daxili vəsaitləri hesabına ayırır. Bu isə o deməkdir ki, sənədləşmə prosesi sadə və kreditin verilməsi qərarı daha sürətlidir. 

Kreditin məbləği 100 min manatdan 10 milyon manata qədərdir. Müddəti isə 60 ayadəkdir. Bank əsas vəsaitlərə investisiya təyinatlı “İxraca dəstək” krediti almış sahibkarlara 24 aya kimi güzəşt müddətindən faydalanmaq imkanı yaradır. Belə ki, sahibkarlar bu müddətdə yalnız faiz borclarını ödəyirlər. Bank sahibkarlara ödənişin forma və qrafikini seçməkdə də sərbəstlik verir. 

Azərbaycan Beynəlxalq Bankının bu məhsulundan istehsalla məşğul olaraq öz məhsulunu xaricə ixrac edən hər bir sahibkar faydalana bilər. Bu imkan Bankın yeni müştərilərinə də şamil olunur. 

Kreditin rəsmiləşdirilməsinə görə xidmət haqqı nəzərdə tutulmur. Kreditin faiz dərəcəsi müştərinin ixrac təşviq sənədinin mövcudluğundan, fəaliyyət sahəsindən, bankla əməkdaşlıq tarixçəsindən və bank hesablarındakı dövriyyəsindən asılı olaraq dəyişir və 8%-dən başlayır.

“İxraca dəstək” kreditindən faydalanan müştərilər 1 iyun 2020-ci il tarixinədək xüsusi hazırlanmış “İxraca dəstək” tarif paketi aksiyasından da faydalana bilər. Tarif paketi çərçivəsində kredit məbləği dəyərində köçürmələr üzrə heç bir komissiya haqqı tutulmur.  Sənədli əməliyyatlar üzrə komissiya haqqında 50% endirim edilir və müştəri Bankın güzəştli valyuta məzənnəsindən istifadə edir. “İxraca dəstək” kreditini bankın bütün filiallarından əldə etmək mümkündür. 

Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib ki, qeyri-neft sektorunun inkişafına, ölkəmizin ixrac potensialının genişləndirilməsinə dəstək bankın fəaliyyətində xüsusi yer tutur: “Ümid edirik ki, bu addımımız sahibkarlar üçün yeni imkanlar açacaq. Məhsullarını dünya bazarına çıxaran sahibkarlarımıza böyük kömək göstərəcək. Azərbaycan Beynəlxalq Bankının sərfəli şərtlərlə təqdim etdiyi “İxraca dəstək” krediti və tarif paketi Azərbaycan sahibkarının rəqabət qabiliyyətli məhsul istehsalına və ixracına təkan verəcək”.     

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment