1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakıda beynəlxalq ekspert tərəfindən “Uğurlu Layihələrin Sirləri” adlı master-klass keçiriləcək
25.02.2020

6 mart 2020-ci il, Bakıda, Rusiyanın ən çox titula sahib layihə meneceri Vadim Boqdanov “Uğurlu Layihələrin Sirləri” adlı master-klass keçirəcək və layihələrin idarə edilməsi sahəsində çoxillik təcrübəsini və biliklərini bölüşəcək.



“Layihə menecerləri üçün master-klass proqramlarının əksər hissəsi "sərt bacarıqların", yəni məhz planlaşdırma, büdcənin və risklərin idarə edilməsi bacarıqlarının inkişafına həsr edilir. Bizim proqramda "sərt bacarıqlar" ilə yanaşı, həmçinin "yumşaq bacarıqlar" barədə ətraflı məlumat verəcəyik - komandanın motivasiyası, münaqişələrin həlli, səlahiyyət və məsuliyyət bölgüsü”, master-klassın müəllifi və aparıcısı Vadim Boqdanov bildirib.

Spiker həmçinin layihələrin uğurları və uğursuzluqlarının səbəblərini təhlil edəcək, layihələrin idarə edilməsi ilə bağlı tövsiyələr verəcək və layihənin idarə edilməsi sahəsində fərdi peşəkar inkişaf planının hazırlanmasına kömək edəcəkdir.

Vadim Boqdanov (www.vadimbogdanov.ru) – layihələrin idarə edilməsi mövzusunda 8 kitabın müəllifi və redaktoru, 10 beynəlxalq mükafatın qalibi, biznes-təlimçi və məsləhətçidir. Vadim Boqdanov layihə menecerindən iri şirkətlərin direktorlar şurasının üzvü və metallurgiya sahəsində $ 1 mlrd. məbləğində əsaslı tikinti layihə ofisinin rəhbəri vəzifəsinədək yüksəlib. "Bogdanov & Partners" şirkəti Rusiya və Qazaxıstanın ən böyük şirkətlərində 200-ə yaxın layihə ofisini qurub, həmçinin 24 mindən çox insana layihələrin idarə edilməsi sahəsində tədris keçib. Müştəriləri sırasında Qazpromneft, Sberbank, Rosneft, VTB, SIEMENS, Unimilk, Nijfarm, Megafon, Svyaznoy, Norilskiy Nikel, Tatneft və bir çox digər şirkətlər var.

Proqram Azərbaycan dilinə sinxron tərcümə ilə Rus dilində keçiriləcək, biznesin inkişafı üçün faydalı biliklərin, təcrübə mübadiləsinin və yeni işgüzar əlaqələrin uğurlu birləşməsi olacaq. Proqram xüsusilə aşağıdakı şəxslər üçün faydalı olacaq:

- Layihə menecerləri və layihə qruplarının iştirakçıları, layihə ofislərinin və strateji qrupların rəhbərləri, layihələrin idarə edilməsi sahəsində biznes-məsləhətçilər;

- Top-menecerlər, funksional direktorlar, layihələrin kuratorları, layihələrin təsdiqlənməsi və vəsaitlərin ayrılması üçün cavabdeh rəhbərlər;

- Layihələri özləri idarə edən sahibkarlar və iş adamları; layihə sifarişçiləri, investorlar, kreditorlar və digər maraqlı tərəflər.

Tədbirin Gold sponsoru qismində SOCAR-AQS şirkəti çıxış edir. Proqram 2007-ci ildən etibarən biznes təlimləri və konsaltinq istiqamətində fəaliyyət göstərən "Express Group" şirkətinin təşkilati dəstəyi ilə keçirilir.

Ətraflı məlumat və onlayn qeydiyyat üçün: https://master-class.az/projects/az , 055 946 02 70.

Maraqlanan şirkətlər həmçinin proqramın tərəfdaşı ola bilər və seçilmiş paketin əlavə üstünlüklərindən faydalana bilərlər. "Uğurlu Layihələrin Sirləri" proqramına əməkdaşlarının qeydiyyatı ilə yanaşı, şirkətlər həmçinin layihələrin idarə edilməsi sahəsində müxtəlif mövzularda məhz öz əməkdaşları üçün və öz ehtiyaclarına uyğun olan Vadim Boqdanovun ayrıca korporativ proqramını sifariş edə bilər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment