1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Məsafədən bank hesablarının açılması təcrübəsinin tətbiqi üzrə növbəti görüş keçirilmişdir
25.02.2020

21 fevral tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və alternativ xidmət kanalları” və “Komplayns” Ekspert Qruplarından ibarət nümayəndə heyətinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndələri ilə birgə görüşü keçirilmişdir.

Görüşün əsas müzakirə mövzusu məsafədən bank hesablarının açılması zamanı Foreign Account Tax Compliance Act (FATCA) və Common Reporting Standard (CRS) hesabatlığının qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq elektron formada təqdim edilməsi olmuşdur. Belə ki, 10 iyun 2019-cu il tarixində “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nın təsdiq edilməsi ilə məsafədən bank hesablarının açılması proseduru müəyyən edilsədə FATCA və CRS hesabatlığının kağız daşıyıcılar əsasında tərtib edilməsi bu sahədə rəqəmsallaşmanın tətbiqini məhdudlaşdıran əsas amil olaraq qalmışdır.

Məlum olduğu kimi,  məsafədən bank hesablarının açılması təcrübəsinin tətbiqi ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin və 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Porqramı”nın bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üzrə tənzimləmə mexanizminin təkmilləşdirilməsi, maliyyə inklüzivliyinin gücləndirilməsi, həmçinin ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi və elektron ödəniş xidmətlərinin effektivliyinin və təhlükəsizliyinin yüksəldilməsi kimi bir sıra prioritet hədəflərin icrası baxımından mühüm əhəmiyyət kəsb edir.

FATCA və CRS hesabatlığının elektron formada təqdim edilməsinin üstünlüyünü açıqlayan ekspert qrupunun üzvləri tətbiq olunacaq həll yolları və birgə atılacaq növbəti addımları müzakirə edərək bu sahədə rəqəmsal mühitə keçidin zəruri olduğuna qeyd etdilər.

Cari ilin yuxarıda qeyd edilən hər iki strateji sənədin icrası baxımından həlledici olduğunu nəzərə alsaq məsafədən bank hesablarının açılması təcrübəsinin uğurlu tətbiqi mühüm əhəmiyyət kəsb edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment