1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı Aynur Səfiyevanın müsahibəsi
24.02.2020

Bu günlərdə Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib. Avropa Koloproktoloji Dərnəyinin Azərbaycan üzrə milli təmsilçisi, Azərbaycan Kolon və Rektum Cərrahi Dərnəyinin elmi katibi və Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı Aynur Səfiyevanın moderatorluğu ilə keçirilən seminarda Azərbaycanın aparıcı dövlət və özəl tibb müəssisələrində kolorektal cərrahiyyə sahəsi üzrə çalışan yüksəkixtisaslı mütəxəssislər və ümumi cərrahlar iştirak ediblər. Seminardan sonra Dr.Aynur Səfiyevadan müzakirə olunan mövzu ətrafında müsahibə aldıq. Həmin müsahibəni nəzərinizə çatdırırıq. 

- Cərrahiyyə – tibbin çox yüksək riskləri ilə bağlı olan kifayət qədər mürəkkəb istiqamətidir. Neçə ildir Siz bu peşənin sahibisiniz? Tibbdə emosional nöqteyi-nəzərdən qadın olmaq nə dərəcədə çətindir, əməliyyat zamanı soyuqqanlı ola bilirsinizmi?

-Cərrahiyyə, həqiqətən, tibbin çox yüksək riski olan və cəsarət tələb edən  sahələrindəndir. Bu sahə təkcə yüksək risklərin olması ilə fərqlənmir, bəzən anında doğru, dürüst qərar vermək gərək olur. Mən artıq 20 ildir bu peşənin sahibiyəm, bu peşəni özüm sevərək seçmişəm. Valideynlərim əvvəl razı olmasalar da onların israrına baxmayaraq, bu peşəni seçdim. Cərrahiyyə qadınların az olduğu bir sahədir, risk tələb edən sahədir. Düzdür, əvvəllər çətin idi, ona görə ki, sevdiyin bir iş üçün nələrisə qurban verməli olursan. Amma sevdiyim bu iş üçün bu qurbanları verməyə dəyərdi...

Bəzən əməliyyat zamanı gözlənilməz hallar olur, çətin bir durumda olursan. Düşünürəm ki, həkim ən önəmli vicdanlı olmalıdır, sən hər xəstəyə öz yaxının, qohumun və əzizin kimi yanaşmalısan. Xəstənin sağalması üçün əlindən gələni etməlisən.

- Məşğul olduğunuz sahə kolorektal cərrahiyyədir. Dünya təcrübəsində bu növ xəstəliklər spektrində hazırda hansı meyillər müşahidə olunur? Kolorektal cərrahiyyə sahəsində Mərkəzi Gömrük Hospitalında hansı innovasiyalı konservativ və cərrahi müalicə metodlarından istifadə edirsiniz?

- Mən ümumi cərraham, tibb üzrə fəlsəfə doktoruyam, hal-hazırda da “kolorektal poliplərdə  kök hüceyrələrinin kliniki əhəmiyyəti”mövzusunda elmi tədqiqat işi aparıram. Bu sahə də kolorektal cərrahiyyəni əhatə edir. Kolorektal cərrahiyyə yoğun və düz bağırsaq xəstəliklərinin cərrahi müalicəsindən bəhs edən sahədir. Dünya təcrübəsində bu sahədə ən çox rast gəlinən xəstəlik  yoğun və düz bağırsağın bədxassəli törəmələridir. Biz bunların qarşısını necə ala bilərik? Təbbi ki, tarama ilə. Yoğun və düz bağırsaq xərçənginin qarşısını almağın ən doğru yolu kolonoskopiya müayinəsidir. Yoğun və düz bağırsağın bəd xassəli törəmələrinin böyük əksəriyyəti poliplərdən yaranır. Əgər ailə anamnezi varsa mütləq şəkildə  kolonoskopiya müayinəsindən keçməsi məsləhət görülür. Mərkəzi Gömrük Hospitalında bu sahədə çox geniş işlər aparılır. Tədqiqat apardığım işin də maddi-texniki bazası məhz Mərkəzi Gömrük Hospitalıdır. Xəstənin yoğun bağırsağında polip olduqda, onu endoskopik üsulla götürüb, patohistoloji müayinəyə göndərərək, xəstələrin təqib planını hazırlayırıq. Bununla da xəstənin gələcəkdə xərçəng olmasının qarşısını almış oluruq. Bu endoskopik müalicə üsulu hesab olunur, çünki, xəstəyə endoskopik müdaxilə olunur, kəsik olmur, həmin gün evinə gedir. Həm də xəstə psixoloji olaraq rahat olur.. 

- Bu günlərdə Mərkəzi Gömrük Hospitalında keçirilmiş seminarın mövzularından biri “Düz bağırsaq xərçənginin cərrahi müdaxilə olmadan müalicəsi” idi. Bu gün bu ağır xəstəlikdən qurtulmaq nə dərəcədə realdır? Bu barədə bir qədər ətraflı danışardınız.

- Seminar haqqında danışarkən, öncədən qeyd etmək istəyirəm ki, bu tədbirdə bizim Türkiyədən gələn qonağımız Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyinin yeni seçilmiş sədri, professor Dr. Ayhan Kuzu yaxından iştirak edirdi. Prof. Dr.Ayhan Kuzu bu sahədə çox böyük təcrübəsi olan mütəxəssisdir. Çox qürurverici məqam ondan ibarətdir ki, prof. Dr.Ayhan Kuzu Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyinə sədr seçiləndən sonra ilk olaraq bizim Hospitala gəldi və təcrübəsini məhz bizimlə paylaşdı. Kolorektal cərrahiyyədə cərrahi əməliyyatın doğru planlanması xəstənin əməliyyatdan sonra sağ qalmasına təsir edən əsas amillərdən biridir və məhz bizim seminarda prof. Dr.Ayhan Kuzunun təqdimatlarında da ən önəmli məsələ bunlar idi.

Düz bağırsaq və yoğun bağırsaq xərçəngindən qurtulmaq realdır. Əgər xəstələr vaxtında check-up müayinəsindən və kolonoskopik müayinədən keçərlərsə, şişin erkən fazalarında bunu aşkarlaya bilsək, öz sağlamlıqlarına qovuşurlar. Dünya təcrübəsi də bunu deyir. Son illərdə düz bağırsağın bədxassəli törəmələrində “gözlə və izlə” prinsipi geniş yer alır. Düz bağırsağın bədxassəli törəmələrində cərrahi müdaxilə olmadan sadəcə radioterapiya verməklə xəstəni nəzarətdə saxlamaqla müalicə etmək mümkündür.

- Seminarda ən çox verilən suallar nədən ibarət idi? Bu gün kolorektal cərrahiyyədə hansı məsələlər kəskin qoyulub?

- Seminarda ən çox verilən suallar, təbii ki, “Yoğun və düz bağırsağın bədxassəli törəmələrində doğru cərrahi müdaxilə nədir?”, “Biz necə edirik, onlar necə edir?” sualları idi. Bu, bir təcrübə mübadiləsi idi. Elə seminarın keçirilməsində də məqsəd qarşılıqlı fikir mübadiləsi, bilik mübadiləsi, təcrübə mübadiləsi idi. Hal-hazırda kolorektal cərrahiyyədə kəskin qoyulan məsələlərdən biri də xəstənin cərrahi əməliyyatdan sonrakı dövrdə onun tam sağalması, şəfa tapmasıdır. Bütün bunlar xəstəyə keyfiyyətli müalicə, doğru diaqnostika, keyfiyyətli və doğru seçilmiş cərrahi müdaxilə və xəstəyə əməliyyatdan sonra planlı şəkildə təqib müayinəsidir. Yəni bunlar çox önəmli olduğuna görə biz seminarda bu məsələləri geniş işıqlandırdıq. 

- Siz Avropa Kolorektal Cərrahiyyə dərnəyinin üzvü kimi Azərbaycanda hansı işləri görürsünüz?

- Mən Avropa Kolorektal Cərrahiyyə dərnəyinin Azərbaycan üzrə milli təmsilçisiyəm, həm də Azərbaycan Kolon və Rektum Cərrahi Cəmiyyətinin elmi katibiyəm. Bu iki məsul vəzifəni eyni anda daşımaq, təbii ki, çətindir, eyni zamanda məsuliyyətlidir. Nəzərinizə çatdırım ki, bizim dərnəyimiz 5 ildir fəaliyyət göstərir. Elə həmin dövrdən mən milli təmsilçi olaraq Azərbaycanı Avropada təmsil edirəm və əsas məqsədim gənc kolorektal cərrahları bu məsələyə cəlb etməkdır. Bu illər ərzində bir neçə dəfə seminarlar təşkil etmişik. Bu yaxınlarda – may ayında belə bir toplantımız gözlənilir, məqsədim Azərbaycanı Avropada tanıtmaqdır, istəyirəm bilsinlər ki, həqiqətən, Azərbaycanda da kolorektal cərrahiyyə üzrə müəyyən istiqamətdə işlər aparılır.

Mən özəlliklə həm Mərkəzi Gömrük Hospitalının rəhbərliyinə, xüsusilə də Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova həm öz adımdan, həm prof.dr. Dr.Ayhan Kuzunun adından təşəkkürümü bildirirəm. Bu dəstək olmasaydı, tədbirin proqramı elmi cəhətdən çox zəngin olsa da, biz bu seminarı yüksək səviyyədə təqdim edib, həmkarlarımıza çatdıra bilməzdik. 

- Maraqlı və geniş müsahibəyə görə təşəkkür edirik. 


Müsahibəni apardı:

Mərkəzi Gömrük Hospitalının 

PR mütəxəssisi  Dilara Zamanova 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment