1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
21.02.2020

Vətəndaşlara proaktiv xidmətlər göstərməklə onların işlərini asanlaşdıran, resurslarına qənaət edərək şəffaf və operativ xidmət göstərən “myGov” elektron hökumət portalına daha bir sistem inteqrasiya olunub. Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “Sığortaolunanın Tibbi Kabineti” adlı elektron xidmətinin “MyGov” portalına inteqrasiyası həyata keçirilib.  

Artıq vətəndaşlar tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində onlara göstərilən xidmətləri “MyGov” portalından “Sığortaolunanın Tibbi Kabineti”nə daxil olaraq izləyə bilərlər. Bunun üçün “MyGov” portalında qeydiyyatdan keçən vətəndaş öz profilinə daxil olaraq açılan pəncərədə “Qurumlar üzrə” bölməni,  sonra Agentliyin adına daxil olaraq “Sığortaolunanın Tibbi Kabineti” xidmətini seçməlidir. Növbəti səhifədə “Xidmət səhifəsinə keçin” xanasına daxil olaraq vətəndaş tibb müəssisələrinə müraciətlərini, qoyulan diaqnozları, tibbi xidmətlərin və laborator analizlərin nəticələrini, xəstəliyinin tarixçəsini görə bilər. Həmçinin “Sığortaolunanın Tibbi Kabineti” xidməti vasitəsilə vətəndaş Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, sığorta statusu və icbari tibbi sığorta haqqı borcu barədə məlumat əldə edə bilər. Hazırda kabinetin istifadə imkanlarının və səmərəliliyinin artırılması istiqamətində işlər davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “myGov” portalında hər bir  vətəndaş öz şəxsi kabineti üzərindən “eAgro”, “eSatınalma, “Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, “ASAN Ödəniş”, “eSosial”, “eHərrac”, Azərbaycan Dövlət Reklam Agentliyinin “İcazələr” sisteminə daxil ola bilər. Portala inteqrasiya olunmuş sistemlərlə birgə vətəndaşlara şəxsi kabinetləri üzərindən 690 elektron xidmətə çıxış təmin olunub. Bundan başqa “myGov”-da  vətəndaşlara  ilkin olaraq 17 növ bildiriş xidməti də göstərilir.  

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment