1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Məktəblilər arası Avropa Pul Viktorinasına qeydiyyat başlanmışdır
21.02.2020

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respubliaksının Təhsil Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun təşkilatçılığı və “Bank Respublika” ASC-nin dəstəyi ilə 13 mart 2020-ci il tarixində 13-15 yaşlı məktəblilər arasında “Avropa Pul Viktorinası” keçiriləcəkdir. 

“Avropa Pul Viktorinası” 30-a yaxın Avropa ölkəsinin məktəbliləri arasında maliyyə savadlılığı üzrə keçirilən yarışdır. Viktorina iki əsas mərhələdən – milli və Avropa finalından ibarətdir. Milli final mərhələsində qalib gələn iki nəfər 28-29 aprel 2020-ci il tarixlərində Belçikanın Brüssel şəhərində baş tutacaq Avropa finalında iştirak etmək hüququ qazanacaqdır.


İştirak şərtləri

İştirakçının yaşı 13-15 yaş aralığında olmalıdır. Yəni, 2020-ci ilin mart ayının 13-də  (Milli final mərhələsində) 13 yaşını keçməli və 16 yaşı tamam olmamalıdır.

Müsabiqənin beynəlxalq olduğunu nəzərə alaraq, ingilis dili biliyi olan iştirakçılara üstünlük veriləcəkdir.


Qeyd

           Yalnız qalib iki şagirdin səyahət (viza daxil olmaqla),  mehmanxana və qidalanma xərcləri qarşılanacaqdır. Səyahətə qoşulmaq istədikləri halda valideynlərin və digər ailə üzvlərinin səyahət (viza daxil olmaqla), mehmanxana və digər xərcləri öz hesablarına olmalıdır.  

Qeydiyyat

İlkin seçim turu üçün bu linkdən qeydiyyatdan keçmək və müvafiq sualları cavablandırmaq lazımdır.  

Yerlər məhduddur, qeydiyyatdan keçməyə tələsin.

Əlaqə

Daha ətraflı məlumatı Azərbaycan Banklar Assosiasiyasının office@aba.az ünvanına mövzu hissəsində “Avropa Pul Viktorinası” yazaraq əldə edə bilərsiniz.


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment