21 fevral 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50400679S dövlət qeydiyyat nömrəli, 30 mln manat həcmində, 252 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 94.6969 AZN (8 %) və 97.4760 AZN (3.69%) olan 13 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 101,631,100.00 AZN olmuşdur
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 97.3495 AZN (3.89%), orta ölçülmüş qiyməti 97.3768 AZN (3.85%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 000 000.00 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 02.11.2020