1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Kristina Məmmədova: “Bu, Azərbaycan Sahibkarlar Konfederasiyasının sahibkarların hüquqlarının müdafiəsi və...
21.02.2020

Bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişiklikləri təsdiq edib.

“Bu Azərbaycan Sahibkarlar Konfederasiyasının sahibkarların hüquqlarının müdafiəsi və biznesin inkişafı naminə daha bir uğurudur və konstruktiv əməkdaşlığa, ölkə sahibkarlarının probleminə yanaşma tərzinə görə Mərkəzi Banka, Maliyyə Sabitliyi Şurasına təşəkkür edirik”. 

Bu sözləri Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katib əvəzi Kristina Məmmədova deyib. Onun sözlərinə görə, xaricə ödənilmiş avans ödənişləri müqabilində alınan mallar əvvəllər 180 gün ərzində idxal edilməli idi. Bu qaydalar sahibkarların idxal əməliyyatlarında ciddi çətinliklər yaratmışdı. Azərbaycan Sahibkarlar Konfederasiyasının təklifi ilə 180 gün 270 günə qaldırıldı, lakin ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı, eləcə də müasir texnologiyaların tətbiqi ilə bağlı çağırışlar idxalın 270 günə reallaşdırılması ilə bağlı çətinliklər yaradırdı. Bu qaydaların pozulmasından irəli gələn 12 min iş vardı və həmin işlərdən 6 minə qədəri hazırda məhkəmədə baxılır. 

K.Məmmədova bildirib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmovun və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin birgə təşəbbüsləri nəticəsində 10 yanvar 2020-ci ildə Mərkəzi Bankda sahibkarlar, bank rəhbərləri və Mərkəzi Bank aparatının birgə iştirakı ilə geniş iclas keçirilib. İclasın nəticəsində işçi qrup yaradılıb. İşçi qrupun gərgin əməyinin nəticəsində məhz bugünkü müsbət nəticələr əldə olunub.

 “Bizim üçün çox sevindirici haldır ki, bu məsələ müsbət həll olundu. Bu o deməkdir ki, artıq 6 minə yaxın məhkəmə işinə xitam veriləcək”, deyən K.Məmmədova qaydalara dəyişikliklərin sahibkarlığın inkişafına təkan verəcəyini qeyd edib. 

Xatırladaq ki, dəyişikliklərə əsasən qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 (iki yüz yetmiş) gündən ən geci 2 (iki) il müddətinə qədər uzadılmış, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment