1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank BTB mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstəyini davam etdirir!
20.02.2020

Bank BTB sahibkarlığın inkişafının dəstəklənməsi ilə biznes mühitinin yaxşılaşdırılması istiqamətində Mikro kredit məhsulunun aktiv satışına davam edir. 

Belə ki, biznes fəaliyyəti ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar Mikro kredit məhsulu üzrə 50 000 manatadək kreditdən faydalana bilərlər. Qeyd edək ki, sahibkarlığa dəstək səmərəsinin yüksəldilməsi məqsədilə kreditin müddəti maksimum 48 ay təşkil edir. Sərfəli şərtlərlə təklif olunan Mikro kredit məhsulu üzrə artan statistik göstəricilər məhsulun bazar tələblərinə tam şəkildə uyğun olduğunu deməyə əsas verir. Belə ki, son dövrün nəticəsini açıqlayan Bank BTB-nin Kreditlər departmanetinin direktoru Zamiq Mədətov bildirib:

“Qısa zaman ərzində Bank BTB-nin Mikro kredit məhsulunu bazara təqdim etməyimizə baxmayaraq, artıq 600 – dən çox sahibkara maliyyə dəstəyini göstərməklə yanaşı, onların bizneslərinə təkan vermişik. Əsas məqsədimiz ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaq və bu məhsul üzrə bazar payımızı daha da artırmaqdır.

Müştərilərin vaxtına qənaət edilməsi məqsədilə kreditə müraciət prosesi olduqca rahat və asan şəkildə həyata keçirilir. Belə ki, operativ işçi heyəti ilə müştərilərin xidmətində olan filial şəbəkəsi ilə yanaşı, onlayn kanallar vasitəsilə də ən tez şəkildə Bank BTB-nin müştərisi ola bilərsiniz.

Kredit əldə etmək üçün Sizə rahat olan kanalı seçməklə Facebook (www.facebook.com/bankbtb), Instagram (www.instagram.com/bankbtb/) və ya 055 3000 946 whatsapp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərsiniz. Həmçinin, bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən və www.btb.az rəsmi saytından məlumat ala bilərsiniz.

Bank “BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment