1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Kaspersky”: Azərbaycanda valideynlərin 50% -dən çoxu uşaqlarla internet təhlükəsizliyi qaydalarını müzakirə edib
20.02.2020

Azərbaycanda valideynlərin yarıdan çoxu (52%) uşağı ilə təhlükəsiz onlayn davranış qaydalarını müzakirə edib. Böyüklərin təxminən 14% -i hələ də uşaqlarla bu barədə  danışmayıb, lakin bunu zəruri hesab edirlər - bu “Kaspersky” şirkətinin 2019-cu ilin sonunda Azərbaycanda apardığı araşdırmanın nəticələridir.

Uşağı zərərli məzmundan və digər onlayn təhlükələrdən qorumaq üçün valideynlər ilk növbədə uşaqlarla etibarlı münasibət qurmalı və şəbəkədəki təhlükəsiz davranış qaydaları haqqında danışmalıdırlar. Uşaqların əksəriyyəti məktəbə getdikdə şəxsi gadjetə sahib olurlar və valideynlərin onlarla təmasda olması xüsusilə vacibdir. Azərbaycanda 7-10 yaş arası uşaqların  təxminən 30% -nin smartfon və ya planşeti var, yeniyetmələr arasında isə  (11-14 yaş) isə  bu göstərici 67% -ə çatır.

Sorğunun nəticələrinə görə, respondentlərin əksəriyyəti (68%) övladlarının gadjetlə və ya şəbəkədə hərəkətlərinə nəzarət edir, 17%-i isə bunu zəruri saydığı hallarda edirlər. Eyni zamanda, Azərbaycanda valideynlərin 70% -i uşağının yerini və hərəkətini izləməyi zəruri hesab etmirlər.  Azərbaycanda hər beş valideyndən ikisi (41%) uşaqları haqqında sosial şəbəkələrdə hansı məlumatların açıq olduğunu bilmir. Buna 25-35 yaş arası insanlar daha çox diqqət yetirirlər, belə ki, bu yaş kateqoriyasından olan respondentlərin 86% uşağının səhifələrində hansı məlumatları dərc etdiklərini bildiklərini söylədi. Bu məlumatlar arasında yaş (37%), hobbi  (17%), məktəbin nömrəsi (19%), ev ünvanı (17%), ev və ya cib telefonu (17%), qohumların adları (15%), uşaqların öz şəkilləri (10%) və digərləri var.  Azərbaycanda bəzi valideynlər övladlarının sosial şəbəkələrdə dərc etdikləri məlumatlardan narahatdırlar.  Sorğuda iştirak edən böyüklərin əksəriyyəti (59%) uşağın bölüşdüyü videoları bəyənmirlər, yazılardan daha az (32%) , dost siyahısından isə 8% valideynlər narahatdırlar.

“Hazırda uşaqlar innovativ texnologiyalardan böyüklərdən daha yaxşı anlayırlar və internetdə çox vaxt keçirirlər. Asanlıqla trendləri seçirlər və bəzən özləri də onları yaradırlar. Ancaq uşağın onlayn mühitdə özünü rahat hiss etməsi o demək deyil ki, valideynlər şəbəkədəki yeni istifadəçini gözləyən təhlükələrə diqqət yetirməməlidirlər”, - bunu “Kaspersky” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov deyib.

Bununla belə, kiber təhdidlərin çox olmasına baxmayaraq, internet hələ də bir çox faydalı və maraqlı məlumat mənbəyidir. Virtual reallığın həm böyüklər, həm də uşaqlar üçün problem yaratmaması üçün valideynlər yeni istifadəçilərlə şəbəkədəki təhlükəsiz davranış qaydaları haqqında danışmalı və etibarlı qoruyucu həllərdən istifadə etməlidirlər.

Valideynlərə uşağın şəbəkədəki problemlərini öyrənmək və anlamaq üçün, həmçinin uşaqları yersiz məzmundan və digər internet təhlükələrdən qorumaq üçün “Kaspersky 

Safe Kids” həlli yardım edə bilər. “Kaspersky” şirkətinin bu məhsulu bir çox aktual kiber təhdidləri tanıyır və bloklayır, yersiz məzmunu süzgəcdən keçirir və potensial təhlükəli onlayn təmasların qarşısını alır. Bundan əlavə, bu həll vasitəsilə valideynlər uşağın sosial şəbəkədə dərc etdiyi məlumatlardan və dost siyahısındakı dəyişikliklərdən xəbərdar ola bilər, real vaxt rejimində uşağın yerini də öyrənə bilərlər.

*Azərbaycanda uşaqların kibertəhlükəsizliyi barədə valideynlərin mövqeyini “Kaspersky”-nin  sifarişi ilə “Era” şirkəti 2019-cu ilin oktyabr ayında araşdırıb. Sorğuda  0-18 yaş arası uşaqları olan 300 valideyn iştirak edib.



 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment