1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


İndi bəxşişi də nağdsız ödəmək olar
20.02.2020

Ölkəmizdə nağdsız ödəniş ənənələrinin inkişafına daim dəstək verən Azərbaycan Beynəlxalq Bankı bu məqsədlə daha bir yeniliyə imza atıb. Bank, ödənişlərini nağdsız aparmağı sevən müştərilər üçün restoran və kafelərdə hesabdan əlavə bəxşişləri də kart vasitəsilə ödəmək imkanı yaradıb. 

Keyfiyyətli xidməti ilə müştəri məmnuniyyəti yaradan ofisiantlara sifarişin haqqından əlavə bəxşişin də ödənilməsi əksər ölkələrdə bir ənənədir. Bu ənənə Azərbaycanda da geniş yayılıb. Amma ölkəmizdə müştərilər bunun üçün nağd puldan istifadə etməli olurdular. Çünki Azərbaycanda bu cür ödənişləri nağdsız aparmaq mümkün deyildi. Azərbaycan Beynəlxalq Bankı bir neçə kafe və restorandakı POS terminallarında pilot olaraq yeni funksiyanın tətbiqinə başlamaqla bu məhdudiyyəti aradan qaldırıb. Bankla tərəfdaşlıq edən həmin xidmət məkanlarında bu funksiya artıq işləkdir.  

Yeni funksiya “BƏXŞİŞ” adlanır. Müştəri sifarişinin haqqını kartla ödədikdən sonra istəyinə uyğun olaraq POS terminaldakı “BƏXŞİŞ” menyusuna keçid alır. Ödəmək istədiyi bəxşişin faiz dərəcəsini göstərib əməliyyatı tamamlayır. Bu yenilik həm təsərrüfat-xidmət obyektləri, həm də kart sahibləri üçün müştəri məmnuniyyəti yaradacaq və nağdsız ödəniş ənənələrinə daha bir töhfə verəcək. Yaradılmış yeni imkan turizmə əlavə dəstək verəcək, ölkəmizə gələn xarici turistlərin rahatlığı baxımından da faydalı olacaq. 

Xidmətdən yararlanmaq istəyən təsərrüfat-xidmət obyektlərinin sahibləri POS terminalların quraşdırılması üçün bankın 937 nömrəli Məlumat Mərkəzinə müraciət edə bilər.   

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment